https://sputnik.az/20220813/konya-2021-bedii-gimnastlarimiz-topla-proqramlarini-ugur-numayis-etdiribler-444974186.html
“Konya-2021”: Bədii gimnastlarımız topla proqramlarını uğur nümayiş etdiriblər
“Konya-2021”: Bədii gimnastlarımız topla proqramlarını uğur nümayiş etdiriblər
Sputnik Azərbaycan
V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir və avqustun 18-dək davam edəcək. 13.08.2022, Sputnik Azərbaycan
2022-08-13T17:57+0400
2022-08-13T17:57+0400
2022-08-13T18:01+0400
islamiada
idman
gimnast
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0d/444978997_0:76:964:618_1920x0_80_0_0_9ea7bec4bd374ffdbf07db5a179d77ef.jpg
BAKI, 13 avqust-Sputnik. Bədii gimnastlarımız Zöhrə Ağamirova və Alina Gözəlova Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında top ilə proqramlarını təqdim ediblər. Azərtac-ın xəbərinə görə, Z.Ağamirova çıxışına görə hakimlərdən 34,200, A.Gözəlova isə 31,550 xal alıblar.İki hərəkətin cəmində, Azərbaycan millisi 132,559 xalla komanda yarışlarına başçılıq edir. Hesabında 127,700 xal olan Özbəkistan ikinci, 122,550 xalla Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar. Gimnastlarımız daha iki – gürzlərlə və lentlə proqramlarını təqdim edəcəklər.Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0d/444978997_72:0:964:669_1920x0_80_0_0_ee4a56cffb55f8379a12878513517c01.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
islamiada, gimnast
“Konya-2021”: Bədii gimnastlarımız topla proqramlarını uğur nümayiş etdiriblər
17:57 13.08.2022 (Yenilənib: 18:01 13.08.2022) V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir və avqustun 18-dək davam edəcək.
BAKI, 13 avqust-Sputnik. Bədii gimnastlarımız Zöhrə Ağamirova və Alina Gözəlova Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında top ilə proqramlarını təqdim ediblər. Azərtac-ın xəbərinə görə, Z.Ağamirova çıxışına görə hakimlərdən 34,200, A.Gözəlova isə 31,550 xal alıblar.
İki hərəkətin cəmində, Azərbaycan millisi 132,559 xalla komanda yarışlarına başçılıq edir. Hesabında 127,700 xal olan Özbəkistan ikinci, 122,550 xalla Qazaxıstan komandası üçüncü pillədə qərarlaşıblar. Gimnastlarımız daha iki – gürzlərlə və lentlə proqramlarını təqdim edəcəklər.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.
Xatırladaq ki, 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.
İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.