https://sputnik.az/20220812/slamiada-azerbaycan-gulescileri-gunu-bes-medalla-basa-vurublar-444956317.html
İslamiada: Azərbaycan güləşçiləri günü beş medalla başa vurublar
İslamiada: Azərbaycan güləşçiləri günü beş medalla başa vurublar
Sputnik Azərbaycan
Azərbaycanın yunan-Roma güləşçiləri Rafiq Hüseynov və Eldəniz Əzizli İslamiadanın qalibi olublar. 12.08.2022, Sputnik Azərbaycan
2022-08-12T22:10+0400
2022-08-12T22:10+0400
2022-08-12T22:43+0400
idman
islamiada
konya
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618030_0:0:3071:1728_1920x0_80_0_0_1f00cea8365a38980b8a47731991009b.jpg
BAKI, 12 avqust - Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb."Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq-da yarışan idmançı finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.19:57Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.65 kq-da rəqib qazaxıstanlı Yelena Şaligina olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. Manolova isə "gümüş"lə kifayətlənib.Qeyd edək ki, Elis Manolova 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.19:07Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.18:51Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.55 kq-da yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/04/427618030_249:0:2980:2048_1920x0_80_0_0_a0bdad7bfb95c9591ca2a11eb3a8658a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
islamiada, konya
İslamiada: Azərbaycan güləşçiləri günü beş medalla başa vurublar
22:10 12.08.2022 (Yenilənib: 22:43 12.08.2022) Azərbaycanın yunan-Roma güləşçiləri Rafiq Hüseynov və Eldəniz Əzizli İslamiadanın qalibi olublar.
BAKI, 12 avqust - Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
82 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada qırğızıstanlı Kalidin Asikeyevlə görüşüb.
Rəqibinə 6:3 hesabı ilə qalib gələn Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan güləşçiləri 3-cü günü 5 medalla başa vurublar. Hüseynovdan əvvəl Eldəniz Əzizli (55 kq) qızıl, Elis Manolova (65 kq) və Ülvi Qənizadə (72 kq) gümüş, Elnurə Məmmədova (55 kq) isə bürünc medal qazanıb.
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 72 kq-da yarışan idmançı finalda iranlı Mahmud Rüstəmiyə 8:9 hesabı ilə uduzaraq, 2-ci yeri tutub.
Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
65 kq-da rəqib qazaxıstanlı Yelena Şaligina olub. Qarşılaşma 3:3 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qızıl medal qazanıb. Manolova isə "gümüş"lə kifayətlənib.
Qeyd edək ki, Elis Manolova 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
55 kq-da çıxış edən idmançı III turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
55 kq-da yer alan idmançı həlledici qarşılaşmada özbəkistanlı Jasurbek Ortikboyevlə üz-üzə gəlib.
Rəqibini 10:1 hesabı ilə məğlub edən Əzizli İslamiadanın qalibi olub (Report).