Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın iki şahmatçısı Olimpiadada mükafatlandırılıb

© Sputnik / Murad OrujovŞahmat lövhəsi, arxiv şəkli
Şahmat lövhəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Şahmat üzrə Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.
BAKI, 11 avqust — Sputnik. Hindistanın Çennai şəhərində başa çatan Şahmat Olimpiadasında Azərbaycanın iki qadın şahmatçısı fərdi göstəricilərə görə medal qazanıb.
İkinci lövhədə çıxış edən Xanım Balacayeva bürünc, ehtiyat – 5-ci lövhədə yer alan Ülviyyə Fətəliyeva gümüş medala layiq görülüb.
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri yarışı 16 xalla 7-ci sırada başa vurublar.
Qeyd edək ki, kişilərin yarışında Özbəkistan, qadınların mübarizəsində isə Ukrayna Olimpiadanın qalibi olub.
Xatırladaq ki, 44-cü Ümumdünya Şahmat Olimpiadasının açılışı iyulun 28-də start götürüb, avqustun 10-da yekunlaşıb.
Xəbər lenti
0