Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edib

© AFP 2024 / FABRICE COFFRINIUEFA-nın mənzil-qərargahı
UEFA-nın mənzil-qərargahı - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.
BAKI, 11 avqust - Sputnik. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda "Pünik" və Serbiyanın "Srvena Zvezda" komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət edib.
AFFA-nın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Avropa futbol qurumunun Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa ünvanlanan məktubda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.
Bildirilib ki, təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub.
AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.
Qeyd edək ki, "Pünik"in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində "Qarabağ Ermənistandır" və "Kosovo Serbiyadır" sözləri yazılmış pankart asıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində "Axavnonu (Laçının Zabux kəndi) vermərik" sözü yazılmış pankart açıb.
Xəbər lenti
0