Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA Super Kuboku uğrunda "Real Madrid" "Ayntraxt"la qarşılaşacaq

© AP Photo / Manu Fernandez"Real" futbolçuları Kərim Benzema və Vinisius Junior
Real futbolçuları Kərim Benzema və Vinisius Junior - Sputnik Azərbaycan, 1920, 10.08.2022
Abunə olmaq
Helsinki Olimpiya Stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
BAKI, 10 avqust — Sputnik. Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA Super Kuboku uğrunda oyun keçiriləcək.
Helsinki Olimpiya Stadionunda təşkil olunacaq görüşdə İspaniyanın "Real Madrid" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaqlar. Görüşü FIFA referisi ingiltərəli Maykl Oliver idarə edəcək.
Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqası, Frankfurt təmsilçisi isə UEFA Avropa Liqasının qalibi olduqları üçün Superkubok matçına vəsiqə qazanıblar.
İndiyədək yeddi dəfə Superkubok matçında iştirak edən "Real Madrid" aktivinə dörd qələbə yazdırıb. "Ayntraxt" isə belə bir matça ilk dəfə çıxacaq.
Xəbər lenti
0