https://sputnik.az/20220810/abs-bu-il-qlobal-neft-istehlaki-proqnozunu-aciqlayib-444233697.html
ABŞ bu il qlobal neft istehlakı proqnozunu açıqlayıb
ABŞ bu il qlobal neft istehlakı proqnozunu açıqlayıb
Sputnik Azərbaycan
Bu ilin iyul ayında açıqlanan proqnoz sutkada 170 000 barel azaldılıb. 10.08.2022, Sputnik Azərbaycan
2022-08-10T09:34+0400
2022-08-10T09:34+0400
2022-08-10T09:48+0400
neft-qaz
abş
proqnoz
neft
energetika nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558310_0:242:3072:1970_1920x0_80_0_0_9e1b73e8f26e1b0685cc8f2169769616.jpg
BAKI, 10 avqust — Sputnik. 2022-ci ildə dünyada neft və maye karbohidrogenlərin istehlakı sutkada 99,43 milyon barel təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə sutkada 2,08 milyon barel çoxdur.Bu barədə “Report” ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir.Beləliklə, qurum iyul ayında açıqlanan proqnozunu sutkada 170 000 barel azaldıb.Administrasiya həmçinin 2023-cü il üçün neftə tələbat proqnozunu yenidən nəzərdən keçirib. Qeyd olunub ki, istehlak 2,06 milyon barel artaraq 101,49 milyon barel/gün olacaq.Bir ay əvvəl 2023-cü ildə göstəricinin sutkada 2 milyon barel artaraq 101,58 milyon barel olacağı proqnozlaşdırılırdı.
https://sputnik.az/20220809/azerbaycanin-xarice-neft-qaz-satisi-artib-cedvel-444833087.html
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558310_341:0:3072:2048_1920x0_80_0_0_ca39527e71a011fd99983945c9dfbc8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, proqnoz, neft, energetika nazirliyi
abş, proqnoz, neft, energetika nazirliyi
ABŞ bu il qlobal neft istehlakı proqnozunu açıqlayıb
09:34 10.08.2022 (Yenilənib: 09:48 10.08.2022) Bu ilin iyul ayında açıqlanan proqnoz sutkada 170 000 barel azaldılıb.
BAKI, 10 avqust — Sputnik. 2022-ci ildə dünyada neft və maye karbohidrogenlərin istehlakı sutkada 99,43 milyon barel təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə sutkada 2,08 milyon barel çoxdur.
Bu barədə “Report” ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən xəbər verir.
Beləliklə, qurum iyul ayında açıqlanan proqnozunu sutkada 170 000 barel azaldıb.
Administrasiya həmçinin 2023-cü il üçün neftə tələbat proqnozunu yenidən nəzərdən keçirib. Qeyd olunub ki, istehlak 2,06 milyon barel artaraq 101,49 milyon barel/gün olacaq.
Bir ay əvvəl 2023-cü ildə göstəricinin sutkada 2 milyon barel artaraq 101,58 milyon barel olacağı proqnozlaşdırılırdı.