https://sputnik.az/20220809/azerbaycanin-xarice-neft-qaz-satisi-artib-cedvel-444833087.html
Azərbaycanın xaricə neft-qaz satışı artıb-CƏDVƏL
Azərbaycanın xaricə neft-qaz satışı artıb-CƏDVƏL
Sputnik Azərbaycan
Yeddi ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb 09.08.2022, Sputnik Azərbaycan
2022-08-09T15:17+0400
2022-08-09T15:17+0400
2022-08-09T15:31+0400
neft
neft-qaz
opec
energetika nazirliyi
socar
https://cdnn1.img.sputnik.az/img/42373/04/423730408_0:0:3071:1728_1920x0_80_0_0_d308f6c013afb3034d9a4816b6855367.jpg
BAKI, 9 avqust — Sputnik. Bu ilin 7 ayında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib.Azərbaycanda qaz hasilatı artıbEnergetika Nazirliyinin məlumatına əsasən, qazın 7,9 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 14,8 milyard kubmetri "Şahdəniz"dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.Qazın xaricə satışı da artıbHesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.Avropaya qaz satışı yüksəlib7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb."Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən bu ilin 1 avqust tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 198 milyard kubmetrə yaxın, "Şahdəniz"dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib.Neft hasilatında və ixracında artım var7 ayda ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 12 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,6 milyon tonu "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft hasilatı 4,6 milyon ton təşkil edib.Hesabat dövründə 15,6 milyon ton neft ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını "Azəri-Çıraq-Günəşli"nin, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür."Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 558,5 milyon ton neft, "Şahdəniz"dən isə 38,4 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 1 avqust tarixinədək 595 milyon tonu ixraca nəql edilib.Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib.Xatırladaq ki, cari ilin 6 ayında isə Azərbaycanda 16,5 milyon ton neft hasil edilib, 13,4 milyon ton neft ixrac edilib.6 ayda ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur.Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.Sentyabrda OPEC-in iclası keçiriləcəkOnu da bildirək ki, Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara öz dəstəyini ifadə edib.Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının sentyabrın 5-də keçirilməsi razılaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42373/04/423730408_0:0:2731:2048_1920x0_80_0_0_95711637ecb55ffc2b1ea9f3c655bd56.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, opec, energetika nazirliyi, socar
neft, opec, energetika nazirliyi, socar
Azərbaycanın xaricə neft-qaz satışı artıb-CƏDVƏL
15:17 09.08.2022 (Yenilənib: 15:31 09.08.2022) Yeddi ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb
BAKI, 9 avqust — Sputnik. Bu ilin 7 ayında Azərbaycanda 27,3 milyard kubmetr təbii qaz hasil edilib.
Azərbaycanda qaz hasilatı artıb
Energetika Nazirliyinin məlumatına əsasən, qazın 7,9 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 14,8 milyard kubmetri "Şahdəniz"dən, 4,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 13,3 faiz, yəni 3,2 milyard kubmetr artımla qaz hasil edilib.
Qazın xaricə satışı da artıb
Hesabat dövründə xaricə qaz satışı 12,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz çoxdur.
Avropaya qaz satışı yüksəlib
7 ay ərzində Türkiyəyə 4,8 milyard kubmetr, Gürcüstana 1,6 milyard kubmetr, Avropaya isə 6,5 milyard kubmetr qaz satılıb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən bu ilin 1 avqust tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 198 milyard kubmetrə yaxın, "Şahdəniz"dən isə 172,3 milyard kubmetrdən çox qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 119,5 milyard kubmetr həcmi ixraca nəql edilib.
Neft hasilatında və ixracında artım var
7 ayda ölkədə 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 12 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2,6 milyon tonu "Şahdəniz"in payına düşüb. SOCAR üzrə neft hasilatı 4,6 milyon ton təşkil edib.
Hesabat dövründə 15,6 milyon ton neft ixraca nəql olunub. Bunun 14,7 milyon tona yaxını "Azəri-Çıraq-Günəşli"nin, 0,9 milyon tonu isə SOCAR-ın payına düşür.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 avqust 2022-ci il tarixinədək 596,9 milyon tona yaxın neft hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 558,5 milyon ton neft, "Şahdəniz"dən isə 38,4 milyon ton kondensat çıxarılıb. Bundan cari ilin 1 avqust tarixinədək 595 milyon tonu ixraca nəql edilib.
Cari ilin yanvar-iyul aylarında ölkədə neft emalı 3,4 milyon ton təşkil edib.
Xatırladaq ki, cari ilin 6 ayında isə Azərbaycanda 16,5 milyon ton neft hasil edilib, 13,4 milyon ton neft ixrac edilib.
6 ayda ölkədə 23,4 milyard kubmetr təbii qaz hasil edilib. Xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7 faiz çoxdur.
Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.
Sentyabrda OPEC-in iclası keçiriləcək
Onu da bildirək ki, Azərbaycan Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barel artırılması ilə bağlı qərara öz dəstəyini ifadə edib.
Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclasının sentyabrın 5-də keçirilməsi razılaşdırılıb.