Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"dan möhtəşəm qələbə - Klubumuz Çempionlar Liqasının bir addımlığında

© Photo : Qarabağ FKQarabağ klubunun futbolçuları
Qarabağ klubunun futbolçuları - Sputnik Azərbaycan, 1920, 09.08.2022
Abunə olmaq
Ağdamın "Qarabağ" klubu Azərbaycandan olan futbol azarkeşlərini daha bir sevinc yaşadıb.
BAKI, 9 avqust - Sputnik. Macarıstanda "Ferentsvaroş" və Ağdamın "Qarabağ" klubu arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Matçı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edib.
7-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ı önə çıxarıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
54-cü dəqiqədə qonaqların hücumçusu İbrahima Vadji 55-ci dəqiqədə hesab arasındakı fərqi artırıb - 2:0.
78-ci dəqiqədə Vadji oyunda özünün ikinci qolunu vurub - 3:0.
86-cı dəqiqədə Traore buraxılan qollardan birinin əvəzini çıxa bilib - 3:1. Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, Bakıdakı ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.
Beləliklə, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.
"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-offundakı rəqibi də bəlli olub. Klubumuz növbəti raundda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qarşılaşacaq.
Plzen təmsilçisi Moldovadakı ilk matçda 2:1 hesabı ilə məğlub etdiyi "Şerif"i evdə də eyni hesabla udaraq, pley-offa vəsiqə qazanıb.
Qarabağ - Ferentsvaroş matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 09.08.2022
İDMAN
"Qarabağ" bu gün Macarıstanda cavab oyununa çıxacaq
Xəbər lenti
0