https://sputnik.az/20220809/azerbaycan-premyer-liqasinda-azarkes-rekordu-qeyde-alinib-444824423.html
Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb
Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb
Sputnik Azərbaycan
Ümumilikdə isə I turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur 09.08.2022, Sputnik Azərbaycan
2022-08-09T12:53+0400
2022-08-09T12:53+0400
2022-08-09T13:43+0400
azarkeş
idman
liqa
futbol
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444176265_0:103:2000:1228_1920x0_80_0_0_1a20f59be45368089ab211f16ff99790.jpg
BAKI, 9 avqust — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunun "Turan Tovuz" – "Qəbələ" görüşünü 5500 tamaşaçı izləyib.Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.2019/20 mövsümünün IV turunda "Qarabağ"la "Neftçi" arasında qarşılaşmanı 7 min seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də baş tutan Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün baş tutan son 16 turunda belə göstərici qeydə alınmayıb.Ümumilikdə isə I turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 azarkeş olub.Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444176265_114:0:1887:1330_1920x0_80_0_0_3af5a32ab1bde64826c49ea6c1f1015f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azarkeş, liqa, futbol
Azərbaycan Premyer Liqasında azarkeş rekordu qeydə alınıb
12:53 09.08.2022 (Yenilənib: 13:43 09.08.2022) Ümumilikdə isə I turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur
BAKI, 9 avqust — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunun "Turan Tovuz" – "Qəbələ" görüşünü 5500 tamaşaçı izləyib.
Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, Azərbaycan çempionatının oyununda belə çox azarkeşə sonuncu dəfə təxminən 3 il əvvəl təsadüf olunub.
2019/20 mövsümünün IV turunda "Qarabağ"la "Neftçi" arasında qarşılaşmanı 7 min seyrçi izləyib. 2019-cu il sentyabrın 15-də baş tutan Azərbaycan derbisində Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan həmin görüşdən 1058 gün sonra Premyer Liqada tamaşaçı sayı ilk dəfə 5 mini keçib.
Bu müddətdə 2019/20 mövsümü 20 turdan sonra dayandırılıb, 2020/21 mövsümü tamaşaçısız keçirilib. 2021/22 mövsümü və 2019/20 mövsümünün baş tutan son 16 turunda belə göstərici qeydə alınmayıb.
Ümumilikdə isə I turu 10 600 izləyici seyr edib. Bu rəqəm orta hesabla hər görüşə 2150 nəfərə bərabərdir. Bu da son 1058 gün üçün rekorddur. 2019/20 mövsümünün IV turunun 4 qarşılaşmasında 9800, orta hesabla 2450 azarkeş olub.
Qeyd edək ki, Tovuz şəhər stadionundakı matçda qonaqlar 2:0 hesabı ilə qalib gəlib.