https://sputnik.az/20220808/ferid-qayibovun-rehberlik-etdiyi-numayende-heyeti-turkiyeye-catib-444811410.html
Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə çatıb
Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə çatıb
Sputnik Azərbaycan
Azərbaycan idmançılarını Türkiyənin tanınmış idman ictimaiyyətinin nümayəndələri böyük coşğu ilə qarşılayıblar. 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T18:14+0400
2022-08-08T18:14+0400
2022-08-08T18:14+0400
fərid qayıbov
idman
idmançılar
islam həmrəyliyi oyunları
türkiyə
konya
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444810946_0:52:1000:615_1920x0_80_0_0_67c0559339a680a593cfb72ff850ff79.jpg
BAKI, 8 avqust — Sputnik. Avqustun 9-18-də keçiriləcək Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Türkiyəyə çatıb.AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi heyətdə idmançı və məşqçilərlə yanaşı, media nümayəndələri də yer alıblar.Azərbaycan nümayəndə heyətini Türkiyənin tanınmış idman ictimaiyyətinin nümayəndələri böyük coşğu ilə qarşılayıblar.Yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi üç saat davam edəcək.Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/08/444810946_56:0:944:666_1920x0_80_0_0_52044e724822bdaef124a9c56ab939d5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fərid qayıbov, idmançılar, islam həmrəyliyi oyunları, türkiyə, konya
fərid qayıbov, idmançılar, islam həmrəyliyi oyunları, türkiyə, konya
Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə çatıb
Azərbaycan idmançılarını Türkiyənin tanınmış idman ictimaiyyətinin nümayəndələri böyük coşğu ilə qarşılayıblar.
BAKI, 8 avqust — Sputnik. Avqustun 9-18-də keçiriləcək Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Türkiyəyə çatıb.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi heyətdə idmançı və məşqçilərlə yanaşı, media nümayəndələri də yer alıblar.
Azərbaycan nümayəndə heyətini Türkiyənin tanınmış idman ictimaiyyətinin nümayəndələri böyük coşğu ilə qarşılayıblar.
Yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi üç saat davam edəcək.
Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparacaq. İdmançılar atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.
İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.
Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.