Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycan iqtisadiyyatının artımı

Abunə olmaq
Beynəlxalq reytinq agentliyi bu il Azərbaycan iqtisadiyyatının 3,5% səviyyəsində artacağını proqnozlaşdırır.Cari ildə ÜDM-nin nə qədər və hansı sahələrin hesabına artması barədə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
BAKI, 8 avqust — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 63,3 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri-neft-qaz sektorunda isə 9,2% təşkil edir. Adambaşına düşən ÜDM 58,1% artaraq 6305 manat təşkil edib.
Eyni zamanda, ölkədə ÜDM-in 55%-dən çoxu sənayedə, 7%-dən çoxu ticarətdə və nəqliyyat vasitələrinin təmirində istehsal olunub.
Xatırladaq ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatında proqnozlaşdırılan artım 2,7%-dən 3,5%-ə qalxacaq.
Bununla yanaşı, “S&P” ekspertlərinin fikrincə, 2023-2024-cü illərdə iqtisadi dinamika 1,5%, 2025-ci ildə 1% təşkil edəcək.
Agentlik Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) nominal həcmini 2022-ci ildə 72 milyard dollar, 2023-cü ildə 69 milyard dollar, 2024-cü ildə 61 milyard dollar, 2025-ci ildə 64 milyard dollar səviyyəsində proqnozlaşdırır.
Xəbər lenti
0