https://sputnik.az/20220808/azerbaycan-iqtisadiyyatinin-artimi-444695032.html
Azərbaycan iqtisadiyyatının artımı
Azərbaycan iqtisadiyyatının artımı
Sputnik Azərbaycan
Beynəlxalq reytinq agentliyi bu il Azərbaycan iqtisadiyyatının 3,5% səviyyəsində artacağını proqnozlaşdırır.Cari ildə ÜDM-nin nə qədər və hansı sahələrin... 08.08.2022, Sputnik Azərbaycan
2022-08-08T10:01+0400
2022-08-08T10:01+0400
2022-08-08T10:01+0400
azərbaycan
infoqrafika
üdm
iqtisadiyyat
artım
reytinq
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444107295_0:0:268:152_1920x0_80_0_0_8aa33ad6427464971add770d5158e9d1.png
BAKI, 8 avqust — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 63,3 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri-neft-qaz sektorunda isə 9,2% təşkil edir. Adambaşına düşən ÜDM 58,1% artaraq 6305 manat təşkil edib.Eyni zamanda, ölkədə ÜDM-in 55%-dən çoxu sənayedə, 7%-dən çoxu ticarətdə və nəqliyyat vasitələrinin təmirində istehsal olunub.Xatırladaq ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatında proqnozlaşdırılan artım 2,7%-dən 3,5%-ə qalxacaq.Bununla yanaşı, “S&P” ekspertlərinin fikrincə, 2023-2024-cü illərdə iqtisadi dinamika 1,5%, 2025-ci ildə 1% təşkil edəcək.Agentlik Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) nominal həcmini 2022-ci ildə 72 milyard dollar, 2023-cü ildə 69 milyard dollar, 2024-cü ildə 61 milyard dollar, 2025-ci ildə 64 milyard dollar səviyyəsində proqnozlaşdırır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/12/444107272_0:0:269:202_1920x0_80_0_0_e9375045ff582bdbbabb0c8e15c0f361.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, инфографика, üdm, iqtisadiyyat, artım, reytinq
azərbaycan, инфографика, üdm, iqtisadiyyat, artım, reytinq
Azərbaycan iqtisadiyyatının artımı
Beynəlxalq reytinq agentliyi bu il Azərbaycan iqtisadiyyatının 3,5% səviyyəsində artacağını proqnozlaşdırır.Cari ildə ÜDM-nin nə qədər və hansı sahələrin hesabına artması barədə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
BAKI, 8 avqust — Sputnik. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 63,3 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% çoxdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2%, qeyri-neft-qaz sektorunda isə 9,2% təşkil edir. Adambaşına düşən ÜDM 58,1% artaraq 6305 manat təşkil edib.
Eyni zamanda, ölkədə ÜDM-in 55%-dən çoxu sənayedə, 7%-dən çoxu ticarətdə və nəqliyyat vasitələrinin təmirində istehsal olunub.
Xatırladaq ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna əsasən, Azərbaycan iqtisadiyyatında proqnozlaşdırılan artım 2,7%-dən 3,5%-ə qalxacaq.
Bununla yanaşı, “S&P” ekspertlərinin fikrincə, 2023-2024-cü illərdə iqtisadi dinamika 1,5%, 2025-ci ildə 1% təşkil edəcək.
Agentlik Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) nominal həcmini 2022-ci ildə 72 milyard dollar, 2023-cü ildə 69 milyard dollar, 2024-cü ildə 61 milyard dollar, 2025-ci ildə 64 milyard dollar səviyyəsində proqnozlaşdırır.