Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"İslamiada"nın açılış mərasimində Azərbaycan komandasını ardınca kim aparacaq

© Sputnik / Murad Orujov İslam Həmrəyliyi Oyunları, arxiv şəkli
 İslam Həmrəyliyi Oyunları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2022
Abunə olmaq
Yarışın rəsmi açılış mərasimində dövlət bayrağımızı və ölkəmizin adı yazılmış lövhəni üç idmançı daşıyacaq.
BAKI, 7 avqust - Sputnik. Sayca V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, avqustun 9-da keçiriləcək açılış mərasimində Azərbaycan adı yazılan lövhəni güləşçi Hacı Əliyev daşıyacaq.
Üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.
Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa oyunlarının qızıl və bürünc mükafatçısıdır.
Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.
Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.
Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyununa 56 ölkədən 4,2 min idmançının qatılacağı gözlənilir. Azərbaycan bu yarışda 281 idmançı ilə təmsil olunur.
Xəbər lenti
0