DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Co Bayden "kəfəni yırtdı" - Ağ Evdən açıqlama

© AP Photo / Susan WalshCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.08.2022
Abunə olmaq
Dünyada koronavirusa yoluxma və ölüm üzrə birinci yerdə olan ABŞ-ın liderinin test uzun cəhdlərdən sonra neqativ çıxıb.
BAKI, 6 avqust - Sputnik. Prezidenti Cozef Bayden koronavirusdan sağalıb.
Bu barədə Ağ Evin Twitter hesabında məlumat verilib.
“Bu səhər Prezident Baydenin COVID-19 üçün testi mənfi olub. Doktor Kevin O Konnordan Prezidentə yenilik”, - paylaşımda bildirilir.
Ağ Ev ABŞ liderinin həkiminin açıqlamasını da paylaşıb. Həkim Baydenin özünü yaxşı hiss etdiyini bildirib.
Qeyd edək ki, artıq bir neçə gün idi ki, Baydenin koronavirus testinin nəticəsi müsbət çıxırdı. ABŞ Prezidentinin növbəti koronavirus testinin nəticəsi dünən açıqlanmışdı.
ABŞ administrasiyasının rəhbərini müalicə edən həkim Kevin O Konnorun bəyanatına görə, Baydenin koronavirus testi növbəti dəfə müsbət çıxmışdı. O, bildirmişdi ki, ABŞ lideri ciddi özünütəcrid qaydalarına riayət etməyə davam edəcək.
ABŞ dünyada koronavirusa yoluxma və ölüm üzrə birinci yerdədir.
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.07.2022
DÜNYA XƏBƏRLƏRİ
Co Bayden koronavirusun müsbət nəticələrinə görə ikinci dəfə karantinə alınıb
Xəbər lenti
0