DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Co Bayden koronavirusun müsbət nəticələrinə görə ikinci dəfə karantinə alınıb

© AP Photo / Evan VucciCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
NYT: Baydenin yenidən karantinə alınması prezidentin mövqeyini pisləşdirir.
BAKI, 31 iyul - Sputnik. ABŞ Prezidenti Co Baydenin koronavirusa görə verdiyi test ikinci dəfə müsbət çıxıb. Bu səbəbdən dövlət başçısı yenidən karantinə alınıb. Bu barədə Rusiya mediası “The New York Times” qəzetinə istinadən xəbər verib.
Nəşrin müşahidəçilərinin fikrincə, təkrar karantinə alınmaq Ağ Ev rəhbərinin xəstəliyi müsbət hekayəyə çevirmək, həmçinin amerikalılara 79 yaşlı siyasətçinin yaxşı vəziyyətdə olduğunu göstərmək səylərini sarsıdır.
“NYT” qəzeti qeyd edib ki, ABŞ-da ölənlərin sayının azalmasına baxmayaraq, Baydenin karantinə alınması bu ölkədə pandemiyanın yox olmaması ilə bağlı xoşagəlməz faktı təsdiqləyir. Qəzetin müşahidəçilərinin fikrincə karantin həm də ABŞ liderinin aşağı reytinqlər fonunda öz siyasi gündəmini inkişaf etdirmək səylərini də məhv edir, çünki bu, prezidentin ölkə daxilində bir sıra səfərlərə başlamasına mane olur.
Eyni zamanda, daxili tur ABŞ prezidentinə təkcə özünün populyarlığını artırmaq üçün deyil, həm də Konqresə aralıq seçkilər ərəfəsində Demokratlar Partiyasının mövqeyini yaxşılaşdırmaq üçün də lazımdır.
Xəbər lenti
0