Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Rusiya hərbi gəmiləri Bakıya gəlib

© AFP 2023 / ARMY OFFICE Иранские военные корабли во время учений, фото из архива
Иранские военные корабли во время учений, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
“Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəlib.
BAKI, 5 avqust - Sputnik. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti avqustun 5-də Bakıya gəlib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2015-ci ildən keçirilən "Beynəlxalq Ordu Oyunları" dünyada ən diqqət çəkən yarışlardan biridir. Azərbaycan da bu oyunların iştirakçısı olaraq, beynəlxalq arenada qazandığı reputasiya ilə müəyyən nüfuz sahibidir.
"Beynəlxalq Ordu Oyunları" dövlətlərarası hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də iştirakçı dövlətlərin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin formalaşması, dostluq və rəqabət gücünün daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2015-ci ildən etibarən Azərbaycan Ordusu Beynəlxalq Ordu Oyunlarında iştirak etməyə başlayıb. Bu günə qədər Azərbaycan Ordusunun hərbi qulluqçuları aşağıda göstərilən yarışlarda iştirak ediblər:
1. Tank biatlonu
2. Snayper həddi
3. Hərbi tibbi estafet
4. Səhra mətbəxi
5. Artilleriya atəşinin ustaları
6. Dəniz kuboku
“Dəniz Kuboku” müsabiqəsi bir qayda olaraq Azərbaycan Respublikası ərazisində keçirilir. Azərbaycan nümayəndələri “Dəniz Kuboku” yarışında 3 dəfə birinci yerə, "Artilleriya atəşi ustaları" və "Səhra mətbəxi" 3-cü, 2019 və 2020-ci illərdə isə "Tank Biatlonu" yarışında ən güclü komandalar arasında 4-cü yerə çıxmışdır.
2021-ci ildə Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku" və Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak etmişlər.
Belə ki, HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan “Dəniz Kuboku” yarışında komandamız üçüncü yerə, doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi "Artilleriya atəşi ustaları" müsabiqəsində komandamız üçüncü yerə, "Tank biatlonu" müsabiqəsində 19 ölkə arasında dördüncü yerə layiq görülüblər.
Azərbaycan Ordusu nümayəndələrinin iştirak etdiyi yarışların sayı ildən ilə artır.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Federasiyasında səfərdədir - Sputnik Azərbaycan, 1920, 30.07.2022
HƏRBİ
Azərbaycan və İran hərbi gəmiləri Rusiyanın Kaspiysk limanına toplaşıb
Xəbər lenti
0