Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan və İran hərbi gəmiləri Rusiyanın Kaspiysk limanına toplaşıb

© AR Ministry of DefenceAzərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Federasiyasında səfərdədir
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Federasiyasında səfərdədir - Sputnik Azərbaycan, 1920, 30.07.2022
Abunə olmaq
Hərbi dənizçilərimizin Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.
BAKI, 30 iyul — Sputnik. Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Rusiya Hərbi Dəniz Donanması (HDD) Gününə həsr olunan paradda iştirak etmək üçün Kaspiysk Limanına gəlib.
Bu barədə Cənub Hərbi Dairəsinin Mətbuat Xidməti məlumat yayıb.
“Gəmi ekipajlarının paradda iştirakı Rusiya hərbi dənizçilərinin Azərbaycan və İrandan olan dənizçilər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcək”, - məlumatda deyilir.
Bildirilir ki, bayram tədbirlərində Xəzər flotiliyasının 40-dək gəmisi, qayığı və təminat gəmisi, 20-dən çox hərbi və xüsusi texnika, 500-dək hərbçi iştirak edəcək.
28.07.22, 11:10
Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və "G-129" gözətçi gəmiləri Rusiyada səfərdədir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi dənizçilərimizin Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
Xəbər lenti
0