https://sputnik.az/20220805/gules-ustalarimiz-konyada-slamiadanin-medallari-ugrunda-mubarizeye-qosulacaqlar-444733674.html
Güləş ustalarımız Konyada İslamiadanın medalları uğrunda mübarizəyə qoşulacaqlar
Güləş ustalarımız Konyada İslamiadanın medalları uğrunda mübarizəyə qoşulacaqlar
Sputnik Azərbaycan
Azərbaycanın ən titullu idmançısı, dördqat Olimpiya mükafatçısı Mariya Stadnik Türkiyədə keçiriləcək yarışlarda çıxış edəcək. 05.08.2022, Sputnik Azərbaycan
2022-08-05T20:21+0400
2022-08-05T20:21+0400
2022-08-05T20:21+0400
güləş
idman
islam
həmrəylik
oyunlar
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100715_0:212:2048:1365_1920x0_80_0_0_233e34b25d08d3cfd86b83a7d192cdba.jpg
BAKI, 5 avqust — Sputnik. Konyada (Türkiyə) keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşinin liderləri medallar uğrunda mübarizə aparacaqlar.Belə ki, koronavirus pandemiyası səbəbindən ötən il keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə olaraq Azərbaycanın ən titullu idmançısı olan Mariya Stadnik (50 kq) yarışlarda çıxış edəcək.Xatırladaq ki, onun Olimpiya Oyunlarında dörd medalı var - 2012 və 2016-cı il Oyunlarında gümüş, 2008 və 2020-cı il Olimpiadalarında bürünc, həmçinin Dünya Çempionatında iki qızıl və Avropa Çempionatında isə səkkiz qələbə qazanıb.Qadınlardan ibarət milli komandamızın heyətində Avropa çempionatının qalibi Elis Manolova (65 kq), legionerlər Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (55 kq), həmçinin Azərbaycan güləş məktəbinin yetirmələri Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (53 kq), Jalya Əliyeva (62 kq) və Gözəl Zktova (76 kq) da çıxış edəcəklər. Yeri gəlmişkən, sonuncu idmançı dəfələrlə qarışıq döyüşlər növlərində öz gücünü sınayıb.Sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan yığmasında ilk növbədə, üçqat dünya və Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyevin (65 kq) olması diqqət çəkir. Komandada həmçinin yeni liderlər Abubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) da var."Klassik" güləşçilər komandasında daha çox titullu güləşçilər var. Burada xüsusilə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Rafiq Hüseynovu (82 kq), eləcə də dünya və Avropa çempionatlarının qalibi Eldəniz Əzizlini (55 kq), Taleh Məmmədovu (63 kq) qeyd etmək lazımdır.Qeyd edək ki, komandada titullu güləşçilərin çoxluğunu nəzərə alsaq, bu idman növü Azərbaycana çox medal gətirə bilər.Xatırladaq ki, Konyada İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də, güləş yarışları isə avqustun 10-dan 13-dək keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0d/440100715_106:0:1926:1365_1920x0_80_0_0_2e796524b5066279d184d97a28a1777d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güləş, islam, həmrəylik, oyunlar
güləş, islam, həmrəylik, oyunlar
Güləş ustalarımız Konyada İslamiadanın medalları uğrunda mübarizəyə qoşulacaqlar
Azərbaycanın ən titullu idmançısı, dördqat Olimpiya mükafatçısı Mariya Stadnik Türkiyədə keçiriləcək yarışlarda çıxış edəcək.
BAKI, 5 avqust — Sputnik. Konyada (Türkiyə) keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşinin liderləri medallar uğrunda mübarizə aparacaqlar.
Belə ki, koronavirus pandemiyası səbəbindən ötən il keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra ilk dəfə olaraq Azərbaycanın ən titullu idmançısı olan Mariya Stadnik (50 kq) yarışlarda çıxış edəcək.
Xatırladaq ki, onun Olimpiya Oyunlarında dörd medalı var - 2012 və 2016-cı il Oyunlarında gümüş, 2008 və 2020-cı il Olimpiadalarında bürünc, həmçinin Dünya Çempionatında iki qızıl və Avropa Çempionatında isə səkkiz qələbə qazanıb.
Qadınlardan ibarət milli komandamızın heyətində Avropa çempionatının qalibi Elis Manolova (65 kq), legionerlər Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (55 kq), həmçinin Azərbaycan güləş məktəbinin yetirmələri Leyla Qurbanova (53 kq), Elnurə Məmmədova (53 kq), Jalya Əliyeva (62 kq) və Gözəl Zktova (76 kq) da çıxış edəcəklər. Yeri gəlmişkən, sonuncu idmançı dəfələrlə qarışıq döyüşlər növlərində öz gücünü sınayıb.
Sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan yığmasında ilk növbədə, üçqat dünya və Avropa çempionu, ikiqat Olimpiya mükafatçısı Hacı Əliyevin (65 kq) olması diqqət çəkir. Komandada həmçinin yeni liderlər Abubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) da var.
"Klassik" güləşçilər komandasında daha çox titullu güləşçilər var. Burada xüsusilə dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Rafiq Hüseynovu (82 kq), eləcə də dünya və Avropa çempionatlarının qalibi Eldəniz Əzizlini (55 kq), Taleh Məmmədovu (63 kq) qeyd etmək lazımdır.
Qeyd edək ki, komandada titullu güləşçilərin çoxluğunu nəzərə alsaq, bu idman növü Azərbaycana çox medal gətirə bilər.
Xatırladaq ki, Konyada İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də, güləş yarışları isə avqustun 10-dan 13-dək keçiriləcək.