DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şri-Lankada İosif Stalini etiraz aksiyalarına görə saxlayıblar

© AFP 2023 / LUIS ROBAYOМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Yerli Colombo Telegraph qəzetinin yazdığna əsasən, aktivistin adı heç də psevdonim deyil.
BAKI, 4 avqust - Sputnik. Şri-Lankada Müəllimlərin həmkarlar ittifaqının baş katibi İosif Stalin etiraz aksiyaları təşkil etdiyinə görə saxlanılıb. Onu avqustun 12-nə qədər həbs ediblər.

Bildirilir ki, Stalin bu yaxınlarda da etiraz aksiyalarının təşkilinə və məhkəmə qərarlarını pozduğuna görə həbs olunubmuş.

"Şri-Lanka Müəllimlərin həmkarlar ittifaqının baş katibi İosif Stalin Kolombo Fort rayonunun magistrat məhkəməsinin qərarı ilə 12 avqustadək həb edilib", - Newswire portalı yazır.

Yerli Colombo Telegraph qəzetinin yazdığna əsasən, aktivistin adı heç də psevdonim deyil. Onun atası Anton Fernando Şri-Lanka Kommunist Partiyasının üzvü olub və oğlunu sovet lideri İosif Stalinin şərəfinə adlandırıb. Yaxın ətrafı isə İosifi Suredj deyə çağırır.
Индийские мусульманки выглядывают в окно, когда сотрудники службы безопасности патрулируют улицу в Нью-Дели - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Hindistanda keçirilən yerli seçkilərdə Stalin qalib gəlib
Xəbər lenti
0