https://sputnik.az/20220804/a-numayendeleri-baki-ve-revanla-elaqe-saxlayiblar---menbe-444706333.html
Aİ nümayəndələri Bakı və İrəvanla əlaqə saxlayıblar - mənbə
Aİ nümayəndələri Bakı və İrəvanla əlaqə saxlayıblar - mənbə
Sputnik Azərbaycan
Avropa Şurasının sədri Şarl Mişel iki ölkənin liderləri ilə əlaqə saxlayır. 04.08.2022, Sputnik Azərbaycan
2022-08-04T21:05+0400
2022-08-04T21:05+0400
2022-08-04T21:05+0400
siyasət
ai
şarl mişel
qarabağ
sülhməramlılar
ağdərə
şəhid
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444356051_0:15:3076:1745_1920x0_80_0_0_a68e34887bb937773c0eedcc0a1f609c.jpg
BAKI, 4 avqust - Sputnik. Aİ-dəki mənbə jurnalistlərə bildirib ki, Avropa İttifaqının nümayəndələri vəziyyətin gərginliyini azaltmaq üçün Ermənistan və Azərbaycanla təmasdadırlar. Bu barədə RİA Novosti məlumat verir.Xüsusən də Avropa Şurasının sədri Şarl Mişel iki ölkənin liderləri ilə əlaqə saxlayır. “Ermənistan və Azərbaycan münasibətlərinə dair sədr Şarl Mişel hər iki ölkənin liderləri ilə sıx təmasdadır. Onun komandası və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “son günlər gərginliyin dərhal azaldılmasına təkan vermək üçün hər iki tərəflə intensiv əlaqə saxlayıblar”, - mənbə deyib.Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
https://sputnik.az/20220804/putin-tehlukesizlik-surasinin-iclasini-kecirib-qarabagda-bas-verenler-muzakire-edildi-444694685.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444356051_196:0:2925:2047_1920x0_80_0_0_d9f1e1c37b95ef333ab03cb8b28b447b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ai, şarl mişel, qarabağ, sülhməramlılar, ağdərə, şəhid
ai, şarl mişel, qarabağ, sülhməramlılar, ağdərə, şəhid
Aİ nümayəndələri Bakı və İrəvanla əlaqə saxlayıblar - mənbə
Avropa Şurasının sədri Şarl Mişel iki ölkənin liderləri ilə əlaqə saxlayır.
BAKI, 4 avqust - Sputnik. Aİ-dəki mənbə jurnalistlərə bildirib ki, Avropa İttifaqının nümayəndələri vəziyyətin gərginliyini azaltmaq üçün Ermənistan və Azərbaycanla təmasdadırlar. Bu barədə RİA Novosti məlumat verir.
Xüsusən də Avropa Şurasının sədri Şarl Mişel iki ölkənin liderləri ilə əlaqə saxlayır.
“Ermənistan və Azərbaycan münasibətlərinə dair sədr Şarl Mişel hər iki ölkənin liderləri ilə sıx təmasdadır. Onun komandası və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar “son günlər gərginliyin dərhal azaldılmasına təkan vermək üçün hər iki tərəflə intensiv əlaqə saxlayıblar”, - mənbə deyib.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.