Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Təhlükəsizlik Şurasının iclasını keçirib: Qarabağda baş verənlər müzakirə edildi

© Sputnik / Алексей Майшев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin  - Sputnik Azərbaycan, 1920, 04.08.2022
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, iclasda Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə olunub.
BAKI, 4 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla gözlənilən danışıqları, Qarabağda vəziyyətin gərginləşməsini və ölkənin sosial-iqtisadi inkişafı məsələlərini müzakirə edib. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
"Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib. İclas iştirakçıları Rusiya-Türkiyə yüksək səviyyəli danışıqları kontekstində fikir mübadiləsi aparıblar", - Peskov bildirib.
Xatırladaq ki, danışıqlar avqustun 5-də Soçidə baş tutacaq.
Mətbuat katibinin sözlərinə görə, görüşdə ölkənin sosial-iqtisadi inkişafı məsələlərinə də baxılıb.
"Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət də müzakirə olunub. Üçtərəfli sazişin bütün müddəalarının təcili yerinə yetirilməsinin zəruriliyi vurğulanıb", - Kreml sözçüsü bildirib.
İclasda Baş nazir Mixail Mişustin, Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, müdafiə naziri Sergey Şoyqu, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Xəbər lenti
0