https://sputnik.az/20220803/qarabagin-bugunku-oyunundan-razi-qalan-qurbanov-cavab-matcinda-daha-yaxsi-oynayacagiq-444675183.html
"Qarabağ"ın bugünkü oyunundan razı qalan Qurbanov: Cavab matçında daha yaxşı oynayacağıq
"Qarabağ"ın bugünkü oyunundan razı qalan Qurbanov: Cavab matçında daha yaxşı oynayacağıq
Sputnik Azərbaycan
"Qarabağ"ın baş məşqçisi deyib ki, bəzi detalları aradan qaldırmağa, səfərdə yaxşı nəticə əldə etmək üçün hər şeyi etməyə çalışacaqlar. 03.08.2022, Sputnik Azərbaycan
2022-08-03T22:40+0400
2022-08-03T22:40+0400
2022-08-03T23:46+0400
idman
qurban qurbanov
qarabağ fk
"qarabağ" fk
https://cdnn1.img.sputnik.az/img/07e6/08/03/444676935_0:0:2000:1125_1920x0_80_0_0_40b7e07b0b936de44f2205aadf4fdb63.jpg
BAKI, 3 avqust - Sputnik. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında bu gün keçirilən "Qarabağ" -"Ferentsvaroş" oyunundan çox razı qaldığını bildirib. "Möhkəm, topla yaxşı davranmağı bilən komandaya qarşı oynayırdıq", - Qurban Qurbanov Bakıda Macarıstanın "Ferentsvaroş" komandası ilə 1:1 hesablı heç-heçə etdikəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.50 yaşlı mütəxəssis futbolçuların dayanmadığını və sonadək vuruşduğunu bildirib: "İkinci hissədə qol epizodlarımız da oldu. İlk matçda rəqibi sonadək tanımırsan. Cavab matçında bu istək, bu inamla daha yaxşı oynayacağımıza inanıram".Qurbanov hələlik müdafiəyə transfer barəsində düşünmədiklərini söyləyib: "Bugünkü futbolçular da əsas heyət olduqlarını göstərdilər. Cavab matçında dəyişəcək bir şey yoxdur. Sadəcə, daha çox iş görmək, güc sərf etmək lazım gələcək. Bəzi detalları aradan qaldırmağa, səfərdə yaxşı nəticə əldə etmək üçün hər şeyi etməyə çalışacağıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/03/444676935_227:0:2000:1330_1920x0_80_0_0_6158f2a44f837e22dde804e5d6dea4f0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban qurbanov, qarabağ fk, "qarabağ" fk
qurban qurbanov, qarabağ fk, "qarabağ" fk
"Qarabağ"ın bugünkü oyunundan razı qalan Qurbanov: Cavab matçında daha yaxşı oynayacağıq
22:40 03.08.2022 (Yenilənib: 23:46 03.08.2022) "Qarabağ"ın baş məşqçisi deyib ki, bəzi detalları aradan qaldırmağa, səfərdə yaxşı nəticə əldə etmək üçün hər şeyi etməyə çalışacaqlar.
BAKI, 3 avqust - Sputnik. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında bu gün keçirilən "Qarabağ" -"Ferentsvaroş" oyunundan çox razı qaldığını bildirib.
"Möhkəm, topla yaxşı davranmağı bilən komandaya qarşı oynayırdıq", - Qurban Qurbanov Bakıda Macarıstanın "Ferentsvaroş" komandası ilə 1:1 hesablı heç-heçə etdikəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
50 yaşlı mütəxəssis futbolçuların dayanmadığını və sonadək vuruşduğunu bildirib: "İkinci hissədə qol epizodlarımız da oldu. İlk matçda rəqibi sonadək tanımırsan. Cavab matçında bu istək, bu inamla daha yaxşı oynayacağımıza inanıram".
Qurbanov hələlik müdafiəyə transfer barəsində düşünmədiklərini söyləyib: "Bugünkü futbolçular da əsas heyət olduqlarını göstərdilər. Cavab matçında dəyişəcək bir şey yoxdur. Sadəcə, daha çox iş görmək, güc sərf etmək lazım gələcək. Bəzi detalları aradan qaldırmağa, səfərdə yaxşı nəticə əldə etmək üçün hər şeyi etməyə çalışacağıq".