SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbəkistan Azərbaycanın iştirakı ilə yeni multimodal dəhlizin yaradılmasını təklif edib

© Photo : Rep. of Turkey Ministry of Foreign AffairsЗаседание диалогового формата "Узбекистан-Азербайджан-Турция"
Заседание диалогового формата Узбекистан-Азербайджан-Турция - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov bildirir ki, ölkəsi daşıyıcıları Əfqanıstandan keçməklə yüklərin Pakistana daşınmasına başlayaraq avtomobil nəqliyyatı ilə artıq marşrutu sınaqdan keçirir.
BAKI, 2 avqust — Sputnik. "Türkiyə – Qafqaz – Mərkəzi Asiya – Əfqanıstan vasitəsilə Cənubi Asiya" yeni multimodal dəhlizinin formalaşdırılması təşəbbüsü irəli sürülüb.
Bu təşəbbüslə Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşündə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov çıxış edib.
Mahkamov qeyd edib ki, Cənubi Asiya ölkələri ilə yükdaşımaları inkişaf etdirmək üçün birgə səylər göstərmək lazımdır:
"Özbəkistan daşıyıcıları Əfqanıstandan keçməklə yüklərin Pakistana daşınmasına başlayaraq avtomobil nəqliyyatı ilə artıq marşrutu sınaqdan keçirir".
Qeyd edək ki, bu gün "Özbəkistan-Azərbaycan-Türkiyə" dialoq formatının ilk iclası keçirilir.
Xatırladaq ki, Özbəkistan və Azərbaycan hökumətləri ümumi layihələrin həyata keçirilməsi üçün birgə investisiya fondu yaratmağı planlaşdırır.
Заседание диалогового формата Узбекистан-Азербайджан-Турция - Sputnik Azərbaycan, 1920, 02.08.2022
SİYASƏT
Daşkənd üçbucağı nə vəd edir? Ceyhun Bayramov yeni əməkdaşlığın faydaları barədə
Xəbər lenti
0