SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daşkənd üçbucağı nə vəd edir? Ceyhun Bayramov yeni əməkdaşlığın faydaları barədə

© Photo : Rep. of Turkey Ministry of Foreign AffairsЗаседание диалогового формата "Узбекистан-Азербайджан-Турция"
Заседание диалогового формата Узбекистан-Азербайджан-Турция - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Azərbaycanın xarici işlər naziri görüş zamanı beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, həmçinin Əfqanıstandakı vəziyyətin müzakirə olunduğunu vurğulayıb.
BAKI, 2 avqust — Sputnik. Azərbaycan, Türkiyə və Özbəkistan arasında yeni üçtərəfli əməkdaşlıq formatı müxtəlif sahələr üzrə birgə layihələrin işlənib hazırlanmasına və həyata keçirilməsinə öz töhfəsini verəcək və qarşılıqlı maraq kəsb edən regional məsələlər üzrə əməkdaşlığı möhkəmləndirəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan-Türkiyə formatında görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz energetika, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində imkanları nəzərdən keçiririk", - nazir deyib.
O, görüş zamanı beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsinin, həmçinin Əfqanıstandakı vəziyyətin müzakirə olunduğunu vurğulayıb.
C.Bayramovun sözlərinə görə, Daşkənd Bəyannaməsi və üçtərəfli görüşün nəticələri bütün tərəflərin əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu sübut edir.
Azərbaycan Özbəkistan və Türkiyəyə ərazilərin azad edilməsindən sonra Qarabağ bölgəsinin bərpasında göstərdikləri dəstəyə görə təşəkkür edib. Nazir Ceyhun Bayramov görüş zamanı həmkarlarını regiondakı postmünaqişə dövrü ilə bağlı vəziyyət, o cümlədən Azərbaycanın sülh istiqamətində səyləri barədə məlumatlandırıb.
O xatırladıb ki, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
C.Bayramovun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə həyatın qaytarılması, nəqliyyat dəhlizlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Daşkənddə - Sputnik Azərbaycan, 1920, 02.08.2022
SİYASƏT
Daşkənddə üç ölkənin nazirlərinin görüşü başlayıb
Xəbər lenti
0