Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" UEFA Konfrans Liqasında Türkiyə klubu ilə oynaya bilər

Neftçi - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib və ondan sonra "Neftçi" potensial rəqiblərini tanıyıb.
BAKI, 2 avqust — Sputnik. Bakının "Neftçi" komandası UEFA Konfrans Liqasının pley-off mərhələsində Türkiyə klubu ilə oynaya bilər.
Avqustun 2-si, çərşənbə axşamı İsveçrənin Nyon şəhərində Azərbaycanın vitse-çempionu "Neftçi"nin çıxış etdiyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Laurensi Reqekampfın komandası UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Avstriyanın "Rapid" komandasını məğlub etsə, seçimin növbəti mərhələsində "Vaduts" (Lüksemburq) – "Konyaspor" (Türkiyə) cütlüyünün qalibi ilə qarşılaşacaq.
Üçüncü ən vacib Avropa kubokunun pley-off mərhələsinin seçmə mərhələsinin oyunları avqustun 18-də və 25-də keçiriləcək.
Xatırladaq ki, Bakı klubu üçüncü təsnifat mərhələsinin ilk oyununu avqustun 4-də Bakıda "Baksel Arena"da "Rapid"ə qarşı keçirəcək. Cavab oyunu avqustun 11-də Vyanada baş tutacaq.
Xəbər lenti
0