SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov "Özbəkistan-Azərbaycan-Türkiyə" dialoq formatının önəmini açıqladı

© Photo : MFA AzerbaijanCeyhun Bayramov
Ceyhun Bayramov  - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Azərbaycan XİN rəhbəri bildirib ki, əməkdaşlığın gücləndirilməsi üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir.
BAKI, 2 avqust — Sputnik. Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa çağırışların artdığı bir vaxtda bu yeni üçtərəfli platforma regional əməkdaşlığı təşviq etmək üçün mövcud səylərə uyğun gəlir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə üç ölkənin xarici siyasət, iqtisadiyyat və nəqliyyata nazirlərinin iştirakı ilə "Özbəkistan-Azərbaycan-Türkiyə" dialoq formatının ilk iclası zamanı deyib.
"Biz gözləyirik ki, ikitərəfli əlaqələrlə yanaşı, xarici işlər, iqtisadiyyat, nəqliyyat nazirlərinin iştirakı ilə bu unikal əməkdaşlıq formatı sektorlararası qarşılıqlı fəaliyyətin, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, eləcə də qarşılıqlı sərhəd biznes fəaliyyətinə töhfə verəcək. ", - nazir bildirib.
O, yeni platformanın daimi formata çevriləcəyinə əminliyini ifadə edib.
"Nəqliyyat infrastrukturunun inkişafına əsaslanan nəqliyyat kommunikasiyaları sahəsində səmərəli və dayanıqlı əməkdaşlığın təmin edilməsi, bu əməkdaşlığın gücləndirilməsi üçün birgə və əlaqələndirilmiş səylər həlledici əhəmiyyət kəsb edir", - Bayramov əlavə edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Özbəkistan və Azərbaycan hökumətləri ümumi layihələrin həyata keçirilməsi üçün birgə investisiya fondu yaratmağı planlaşdırır.
Daşkənd - Sputnik Azərbaycan, 1920, 02.08.2022
İQTİSADİYYAT
Daşkənddə mühüm hadisə: Özbəkistan və Azərbaycan birgə investisiya fondu yaradacaq?
Xəbər lenti
0