Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Daşkənddə mühüm hadisə: Özbəkistan və Azərbaycan birgə investisiya fondu yaradacaq?

© Photo : Yelena ShishkovaDaşkənd
Daşkənd - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iki dövlət arasında investisiya sahəsində qarşılıqlı fəaliyyət intensivləşdirilməlidir.
BAKI, 2 avqust — Sputnik. Özbəkistan və Azərbaycanın hökumət orqanları ümumi layihələrin həyata keçirilməsi üçün birgə investisiya fondu yaratmağı planlaşdırır. Bu bu barədə Özbəkistanın baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Cəmşid Xodjayev bildirib.
"Birgə layihələri maliyyələşdirmək üçün Özbəkistan-Azərbaycan investisiya fondunu işə salmaq lazımdır. Biz bir həftə ərzində fondun mümkün qədər tez yaradılmasına yönəlmiş birgə yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəldik", - Xodjayev hökumətlərarası komissiyanın birgə iclasda deyib.
O qeyd edib ki, iyun ayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana işgüzar səfəri zamanı tərəflər neft-qaz, kimya və toxuculuq sənayesi, eləcə də kənd təsərrüfatı sektorunda ümumi dəyəri 500 milyon dollardan çox olan mühüm sənədlər paketi imzalayıblar.
"İndi onların vaxtında və keyfiyyətli icrasını təmin etmək lazımdır", - Xodjayev vurğulayıb.
Eyni zamanda, hökumətlərarası komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iki dövlət arasında investisiya sahəsində qarşılıqlı fəaliyyət intensivləşdirilməlidir.
"Bu aspektdə birgə investisiya fondunun yaradılması və fəaliyyəti hər iki ölkənin investorlarına kömək edə biləcək və etməli olan yaxşı alət ola bilər", - o deyib.
Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbəri əməkdaşlığın gələcək istiqamətləri sırasında enerji sənayesini xüsusi qeyd edib. O xatırladıb ki, iyulun əvvəlində SOCAR və "Özbəkneftqaz" arasında hər iki dövlətdə neft yataqlarının birgə işlənməsi, eləcə də bərpa olunan enerji və rəqəmsallaşdırma layihələrində əməkdaşlıq üçün yol xəritəsi imzalanıb.
"Ticarət dövriyyəsinə gəlincə, bizim üçün ortamüddətli hədəfləri müəyyən etmək yaxşı olardı. İstərdim ki, bu dövriyyə üç-dörd ildən gec olmayaraq, yüz milyonlara deyil, 1mlrd dollara çatsın", - deyə Cabbarov bildirib.
Xatırladaq ki, bu gün Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Üçtərəfli görüş zamanı regional proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.
Nazirlər Xəzər dənizindən keçməklə Orta Dəhliz başda olmaqla, üç ölkə arasında gündəlikdə aktual duran məsələləri koordinasiya etmək və ortaq əməkdaşlıq üçün digər məsələlərin müzakirəsi üçün bir araya gələcəklər.
Xəbər lenti
0