Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycanın hərbi gəmiləri evə qayıdıb - FOTO

© AP PhotoВоенный корабль России
Военный корабль России - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri ölkəmizə qayıdıb
BAKI, 2 avqust — Sputnik. Birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Rusiya Federasiyasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gözətçi gəmiləri və şəxsi heyəti ölkəmizə qayıdıblar.
Müdafiə Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan HDQ nümayəndə heyəti ilə Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının (HDD) Xəzər Flotilyasının rəhbərliyi arasında görüş keçirilib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya HDD Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Bundan başqa, hərbi dənizçilərimiz Rusiya Federasiyasında keçirilən bir sıra tədbirlərdə iştirak ediblər.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiya Federasiyasında səfərdədir - Sputnik Azərbaycan, 1920, 30.07.2022
HƏRBİ
Azərbaycan və İran hərbi gəmiləri Rusiyanın Kaspiysk limanına toplaşıb
Xəbər lenti
0