https://sputnik.az/20220801/azerbaycan-sahmatcilari-olimpiadada-liderler-sirasindadirlar-444584543.html
Azərbaycan şahmatçıları Olimpiadada liderlər sırasındadırlar
Azərbaycan şahmatçıları Olimpiadada liderlər sırasındadırlar
Sputnik Azərbaycan
Kişilərdən ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov Çennayda indiyədək cəmi bir oyunda iştirak edib. 01.08.2022, Sputnik Azərbaycan
2022-08-01T16:34+0400
2022-08-01T16:34+0400
2022-08-01T16:34+0400
şahmat
idman
olimpiada
matç
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229404_0:26:3072:1754_1920x0_80_0_0_30a89794f2c9f798e7134bf281e52648.jpg
BAKI, 1 avqust — Sputnik. Azərbaycan milli komandaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında üç başlanğıc turundan sonra lider qrupda qərarlaşıblar.Kişilərdən ibarət komanda Əlcəzair millisi üzərində inamlı qələbə ilə (4:0), ardınca Argentina və Filippin komandalarını eyni hesabla 3:1 məğlub edib.Komandanın lideri Şəhriyar Məmmədyarov (2759) bu günə qədər cəmi bir oyunda iştirak edib – o, argentinalılarla görüşdə Fernando Peraltanı (2591) məğlub edib.Azərbaycan yığmasında indiyədək əsas xal gətirən Rauf Məmmədov (2656), Qədir Hüseynov (2668) və kapitan Nicat Abasovdur (2633). Onlar üç oyunda 2,5 xal toplayıblar.Azərbaycan milli komandasının altı xalı var. Bu komanda 20 komandanın daxil olduğu lider qrupundadır.Dördüncü turda şahmatçılar Türkiyə komandası ilə qarşılaşacaqlar. Matç cütləri bu cür qərarlaşıb: Şəhriyar Məmmədyarov (2759) - Mustafa Yılmaz (2634), Rauf Məmmədov (2658) - Emre Can (2606), Qədir Hüseynov (2668) - Vahap Sanal (2574), Vasif Durarbəyli (2638) və Cemilcan Mərəndi (2561).Xatırladaq ki, Azərbaycan şahmatının liderlərindən biri olan Teymur Rəcəbov (2747) Ümumdünya Şahmat Olimpiadası başlamazdan bir müddət əvvəl səhhətində yaranmış nasazlığa görə oyunda iştirak etməkdən imtina edib.Həmçinin start turlarda BƏƏ (4:0), Finlandiya (4:0) və Yunanıstan (2,5:1,5) komandalarını məğlub edən Azərbaycanın qadınlardan ibarət yığması da 100 faizlik nəticə nümayiş etdirir. Azərbaycanın qadın şahmatçıları arasında hazırda ən çox xal toplayan Xanım Balacayeva (2344) və Gülnar Məmmədova (2380) üç oyunda 2,5 xal toplayıblar.Azərbaycan şahmatçılarının altı xalı var və onlar 1-20-ci yerləri bölüşürlər. Onlar dördüncü turda israillilərlə qarşılaşacaqlar.Azərbaycan-İsrail matçının cütləri belə qərarlaşıb: Günay Məmmədzadə (2455) - Marsel Efroimski (2456), Xanım Balacayeva (2344) - Dina Belenkaya (2256), Gövhər Beydullayeva (2390) - Maşa Klinova (2251), Ülviyyə Fətəliyeva (2372) - Mixal Lahav (2185).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229404_341:0:3072:2048_1920x0_80_0_0_c4ce182a0b01c45d2830e52d6741ff32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
şahmat, olimpiada, matç
Azərbaycan şahmatçıları Olimpiadada liderlər sırasındadırlar
Kişilərdən ibarət Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov Çennayda indiyədək cəmi bir oyunda iştirak edib.
BAKI, 1 avqust — Sputnik. Azərbaycan milli komandaları Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında üç başlanğıc turundan sonra lider qrupda qərarlaşıblar.
Kişilərdən ibarət komanda Əlcəzair millisi üzərində inamlı qələbə ilə (4:0), ardınca Argentina və Filippin komandalarını eyni hesabla 3:1 məğlub edib.
Komandanın lideri Şəhriyar Məmmədyarov (2759) bu günə qədər cəmi bir oyunda iştirak edib – o, argentinalılarla görüşdə Fernando Peraltanı (2591) məğlub edib.
Azərbaycan yığmasında indiyədək əsas xal gətirən Rauf Məmmədov (2656), Qədir Hüseynov (2668) və kapitan Nicat Abasovdur (2633). Onlar üç oyunda 2,5 xal toplayıblar.
Azərbaycan milli komandasının altı xalı var. Bu komanda 20 komandanın daxil olduğu lider qrupundadır.
Dördüncü turda şahmatçılar Türkiyə komandası ilə qarşılaşacaqlar. Matç cütləri bu cür qərarlaşıb: Şəhriyar Məmmədyarov (2759) - Mustafa Yılmaz (2634), Rauf Məmmədov (2658) - Emre Can (2606), Qədir Hüseynov (2668) - Vahap Sanal (2574), Vasif Durarbəyli (2638) və Cemilcan Mərəndi (2561).
Xatırladaq ki, Azərbaycan şahmatının liderlərindən biri olan Teymur Rəcəbov (2747) Ümumdünya Şahmat Olimpiadası başlamazdan bir müddət əvvəl səhhətində yaranmış nasazlığa görə oyunda iştirak etməkdən imtina edib.
Həmçinin start turlarda BƏƏ (4:0), Finlandiya (4:0) və Yunanıstan (2,5:1,5) komandalarını məğlub edən Azərbaycanın qadınlardan ibarət yığması da 100 faizlik nəticə nümayiş etdirir. Azərbaycanın qadın şahmatçıları arasında hazırda ən çox xal toplayan Xanım Balacayeva (2344) və Gülnar Məmmədova (2380) üç oyunda 2,5 xal toplayıblar.
Azərbaycan şahmatçılarının altı xalı var və onlar 1-20-ci yerləri bölüşürlər. Onlar dördüncü turda israillilərlə qarşılaşacaqlar.
Azərbaycan-İsrail matçının cütləri belə qərarlaşıb: Günay Məmmədzadə (2455) - Marsel Efroimski (2456), Xanım Balacayeva (2344) - Dina Belenkaya (2256), Gövhər Beydullayeva (2390) - Maşa Klinova (2251), Ülviyyə Fətəliyeva (2372) - Mixal Lahav (2185).