DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan-Putin danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb

© Sputnik / POOL / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
Türkiyə Prezidentinin sözçüsü Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub.
BAKI, 31 iyul - Sputnik. Rusiya-Türkiyə danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb.
"Report" "xəbər verir ki, təfərrüatlar barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-ə planlaşdırılan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.
Türkiyə Prezidentinin sözçüsü Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub:
"Hər kəs Rusiya ilə körpüləri qırsa, onunla kim danışacaq, kim vasitəçi olacaq, kim əlaqə yaradacaq, bu razılaşmaları kim edəcək? Mən bunları Qərb ölkələrinə dedim. Bunun nəticəsini görürük. Taxıl daşınması ilə bağlı razılaşma bu danışıqların gedişatıdır. Ruslarla körpüləri tamamilə qırsaydıq, bu gəmiçilik müqaviləsini bağlamaq olardımı? Yox”.
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 27.07.2022
RUSİYA
Kreml Putin və Ərdoğanın müzakirə edəcəyi mümkün mövzuları açıqladı
Xəbər lenti
0