Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Putin və Ərdoğanın müzakirə edəcəyi mümkün mövzuları açıqladı

© AFP 2024 / ALEXANDER NEMENOVKremlə mənzərə
Kremlə mənzərə - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
Rusiya dövlət başçısının mətbuat katibi bildirib ki, Soçidə keçiriləcək görüşdə Ukrayna taxılının ixracı mərkəzinin işi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
BAKI, 27 iyul — Sputnik. Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə keçiriləcək görüşdə Ukrayna taxılının ixracı mərkəzinin işi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
"İndi taxıl sazişinin de-fakto icrasına başlanmalıdır, proses davam edəcək. Soçidə təbii ki, bunun razılaşmalara nə dərəcədə uyğun olması barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olacaq", - Kremlin sözçüsü jurnalistlərə bildirib.
Putin və Ərdoğanın hərbi-texniki əməkdaşlıq mövzusunu müzakirə edəcəklərini deyən Peskov, "Baykar Makina" pilotsuz təyyarələrinin istehsalı üzrə əməkdaşlığın gündəmdə olub-olmayacağı sualına cavab verməyib.
"İki ölkə arasında hərbi-texniki əməkdaşlıq daim gündəmdədir. Qarşılıqlı fəaliyyətimizin belə həssas sahədə inkişaf etməsinin özü onu deməyə əsas verir ki, ümumiyyətlə, əlaqələrimizin bütün spektri çox yüksək səviyyədədir", - deyə Kremlin sözçüsü bildirib. O təsdiqləyib ki, iki prezident arasında son təmaslar da daxil olmaqla, müxtəlif aspektlərdə hərbi-texniki əməkdaşlıq mövzusuna toxunulub.
"Bir qayda olaraq, demək olar ki, hər görüşdə müxtəlif aspektlər müzakirə olunur. Ona görə də bəli, Soçidə hərbi-texniki əməkdaşlıq mövzusu sözsüz ki, müzakirə olunacaq", - Peskov bildirib.
Ukraynadan taxıl ixracına dair razılaşmaya əsasən minalardan təmizləmə aparılmayacaq.
Taxıl sazişi müqavilədə göstərilən liman obyektlərinə hücumlardan imtinanı ehtiva edir. Sazişdə deyilir ki, tərəflər sazişin icrası ilə bağlı taxıl daşıyan gəmilərə, digər mülki gəmilərə və liman obyektlərinə hücum etməyəcəklər.
BMT-nin yüksək rütbəli rəsmisi vurğulayıb ki, saziş imzalandıqdan sonra Ukraynadan taxıl ixracına başlamaq bir neçə həftə çəkəcək.
Belə ki, tərəflərin Birgə Koordinasiya Mərkəzini tamamlamaq, yoxlamalar aparmaq üçün qruplar yaratmaq, Ukrayna limanlarında taxıl ixracına hazırlaşmaq üçün vaxt lazımdır. O qeyd edib ki, Ukraynada yeni məhsul yığımı üçün taxıl anbarları boşaldılmalıdır.
BMT-nin yüksək rütbəli rəsmisi İstanbulda imzalanan taxıl müqaviləsinin müddətinin uzadılma ehtimalı ilə 120 gün olduğunu qeyd edib.
Sazişə uyğun olaraq Ukraynanın 3 limanından təhlükəsiz dəhlizlər vasitəsilə taxıl ixracı ayda təxminən 5 milyon ton təşkil edəcək.
Bununla yanaşı, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri Birgə Koordinasiya Mərkəzinin işi çərçivəsində taxıl ixrac edən gəmilərin monitorinqində iştirak edəcəklər.
Президент РФ В. Путин провел переговоры с президентом Турции Р. Эрдоганом - Sputnik Azərbaycan, 1920, 25.07.2022
SİYASƏT
Türkiyə Rusiya ilə potensial əməkdaşlığı inkişaf etdirmək niyyətindədir - Ərdoğan
Xəbər lenti
0