https://sputnik.az/20220730/azerbaycanin-iki-taekvondocusu-dunya-birincisi-oldu-444541321.html
Azərbaycanın iki taekvondoçusu dünya birincisi oldu
Azərbaycanın iki taekvondoçusu dünya birincisi oldu
Sputnik Azərbaycan
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində Azərbaycan yığması iki qızıl medal qazanıb. 30.07.2022, Sputnik Azərbaycan
2022-07-30T19:59+0400
2022-07-30T19:59+0400
2022-07-30T19:59+0400
idman
taekvondo
taekvondo federasiyası
https://cdnn1.img.sputnik.az/img/41266/18/412661859_0:53:1000:616_1920x0_80_0_0_2b1cc78287d3398095051b41bf98aef4.jpg
BAKI, 30 iyul - Sputnik. Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub.45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən Məhərrəmli qalib ayrılıb - 2:1.O, 1/2 finalda Minqyu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.Qeyd edək ki, yarışa iyulun 31-də yekun vurulacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41266/18/412661859_54:0:946:669_1920x0_80_0_0_5833ed7f8989bfcd404d4342571feee2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taekvondo, taekvondo federasiyası
taekvondo, taekvondo federasiyası
Azərbaycanın iki taekvondoçusu dünya birincisi oldu
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində Azərbaycan yığması iki qızıl medal qazanıb.
BAKI, 30 iyul - Sputnik. Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə taekvondoçular arasında dünya birinciliyində daha bir medal qazanıb.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mundialın üçüncü günündə millinin üzvü Fuad Məhərrəmli bürünc mükafata sahib olub.
45 kq çəki dərəcəsində mübarizə aparan idmançı mübarizəyə 1/32 finaldan başlayıb. O, ardıcıl olaraq Əhməd Əl-Rababaanı (İordaniya) və Karlo Olyeviçi (Xorvatiya) 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Məhərrəmli növbəti mərhələyə döyüş keçirmədən vəsiqə qazanıb. Buna Çin Taypeyindən olan Vey-Juan Vanqın döyüşə çıxmaması səbəb olub. Təmsilçimiz 1/4 finalda qazaxıstanlı Beket Bolatulini sınağa çəkib. Gərgin keçən görüşdən Məhərrəmli qalib ayrılıb - 2:1.
O, 1/2 finalda Minqyu Kimlə (Cənubi Koreya) üz-üzə gəlib və bu dəfə dayanqdan rəqib üstün ayrılıb. Nəticədə Fuad Məhərrəmli dünya birinciliyini üçüncü yerdə başa vurub.
Bu, Azərbaycan yığmasının mundialda qazandığı ikinci medal olub. Məhərrəmlidən öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna yiyələnib.
Qeyd edək ki, yarışa iyulun 31-də yekun vurulacaq.