https://sputnik.az/20220729/almaniyada-olkenin-ukrayna-bohranina-gore-parcalandigini-bildiribler-444453925.html
Almaniyada ölkənin Ukrayna böhranına görə parçalandığını bildiriblər
Almaniyada ölkənin Ukrayna böhranına görə parçalandığını bildiriblər
Sputnik Azərbaycan
"Tagesspiegel": Ukraynadakı böhran Şərqi və Qərbi Almaniya arasında parçalanmanı gücləndirib 29.07.2022, Sputnik Azərbaycan
2022-07-29T10:00+0400
2022-07-29T10:00+0400
2022-07-29T10:00+0400
almaniya
dünya xəbərləri
ukrayna
kiyev
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433700026_0:0:3073:1728_1920x0_80_0_0_a05c6823eeba97f3179db620580392e9.jpg
BAKI, 29 iyul — Sputnik. Ukrayna böhranı Şərqi və Qərbi Almaniyanın baxışlarında, demək olar ki, heç vaxt görünməmiş ciddi uçurumu ortaya qoyub. "Der Tagesspiegel" qəzeti "Forsa" araşdırma şirkətinin məlumatlarına istinadən yazır ki, bu regionların sakinləri Ukrayna məsələsinə "çox fərqli qiymətlər verir"."Forsa"nın araşdırmasına görə, Almaniyanın şərqində nəzərəçarpacaq dərəcədə daha çox respondent (34%) deyir ki, Almaniya hökuməti Kiyevi dəstəkləmək üçün çox şey edir. Bu arada ölkənin qərbində bu fikri respondentlərin, təxminən, 18%-i bölüşür.Fərq silah tədarükü məsələsində də nəzərə çarpıb. Qeyd olunur ki, bu ilin may ayının əvvəlindən bəri bütün sorğularda Qərbi Almaniyada respondentlərin 54%-dən 61%-ə qədəri Berlin tərəfindən Kiyevə ağır silahların verilməsinin tərəfdarı olub, Almaniyanın şərqində isə bu rəqəm, orta hesabla 32%-dir.Qeyd olunur ki, Şərqi və Qərbi Almaniyada Berlindən Kiyevə dəstək məsələsində fərq artıq orta hesabla 16%, Ukraynaya silah tədarükü ilə bağlı fikir ayrılığı isə 26% təşkil edir.
https://sputnik.az/20220718/lavrov-almaniya-ve-fransani-ittiham-etdi-bu-tamasanin-bedelini-ukrayna-xalqi-odeyir-444089772.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1e/433700026_0:0:2731:2048_1920x0_80_0_0_0f2f8089c3e4b35ca60eda6eab5174ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, ukrayna, kiyev
Almaniyada ölkənin Ukrayna böhranına görə parçalandığını bildiriblər
"Tagesspiegel": Ukraynadakı böhran Şərqi və Qərbi Almaniya arasında parçalanmanı gücləndirib
BAKI, 29 iyul — Sputnik. Ukrayna böhranı Şərqi və Qərbi Almaniyanın baxışlarında, demək olar ki, heç vaxt görünməmiş ciddi uçurumu ortaya qoyub. "Der Tagesspiegel" qəzeti "Forsa" araşdırma şirkətinin məlumatlarına istinadən yazır ki, bu regionların sakinləri Ukrayna məsələsinə "çox fərqli qiymətlər verir".
"Forsa"nın araşdırmasına görə, Almaniyanın şərqində nəzərəçarpacaq dərəcədə daha çox respondent (34%) deyir ki, Almaniya hökuməti Kiyevi dəstəkləmək üçün çox şey edir. Bu arada ölkənin qərbində bu fikri respondentlərin, təxminən, 18%-i bölüşür.
Fərq silah tədarükü məsələsində də nəzərə çarpıb. Qeyd olunur ki, bu ilin may ayının əvvəlindən bəri bütün sorğularda Qərbi Almaniyada respondentlərin 54%-dən 61%-ə qədəri Berlin tərəfindən Kiyevə ağır silahların verilməsinin tərəfdarı olub, Almaniyanın şərqində isə bu rəqəm, orta hesabla 32%-dir.
Qeyd olunur ki, Şərqi və Qərbi Almaniyada Berlindən Kiyevə dəstək məsələsində fərq artıq orta hesabla 16%, Ukraynaya silah tədarükü ilə bağlı fikir ayrılığı isə 26% təşkil edir.