https://sputnik.az/20220718/lavrov-almaniya-ve-fransani-ittiham-etdi-bu-tamasanin-bedelini-ukrayna-xalqi-odeyir-444089772.html
Lavrov Almaniya və Fransanı ittiham etdi: Bu tamaşanın bədəlini Ukrayna xalqı ödəyir
Lavrov Almaniya və Fransanı ittiham etdi: Bu tamaşanın bədəlini Ukrayna xalqı ödəyir
Sputnik Azərbaycan
Lavrov vurğulayıb ki, Minsk razılaşmaları Qərbin səhnələşdirdiyi növbəti müqaviləyə çevrilib və Ukrayna Silahlı Qüvvələrinin gücünü artırmaq üçün lazım idi. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T13:08+0400
2022-07-18T13:08+0400
2022-07-18T13:08+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ukrayna
putin
almaniya
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701019_0:160:3072:1888_1920x0_80_0_0_0fa3f77bce3d1cd29bd14f568f5e6232.jpg
BAKI, 18 iyul — Sputnik. Almaniya Kansleri Olaf Şolz Minsk razılaşmalarının iflasa uğramasından sonra Rusiyadan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təminatlarına dair yeni saziş tələb etməklə boşuna cəhd edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "İzvestiya" qəzeti üçün dərc olunmuş məqaləsində deyilir.Nazirin sözlərinə görə, Berlin və Paris Minsk razılaşmalarını yerinə yetirməkdən açıq şəkildə imtina edən Kiyevi himayə edərək onları öldürüblər. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib: "Tamaşa bitdi, komediya bitdi".Lavrov vurğulayıb ki, Minsk razılaşmaları Qərbin səhnələşdirdiyi növbəti müqaviləyə çevrilib və bunu bu yaxınlarda Ukraynanın keçmiş lideri Pyotr Poroşenko bildirib. Eks-prezidentin fikrincə, Kiyev bu razılaşmaları yerinə yetirmək niyyətində deyildi, Ukrayna tərəfinə vaxt udmaq və Ukrayna Silahlı Qüvvələrinin gücünü artırmaq üçün lazım idi."Bu tamaşanın bədəlini uzun illər Qərbin rusofob neonasist rejiminin boyunduruğu altında həyatla barışmağa məcbur etdiyi Ukrayna xalqı ödəyir", - rusiyalı nazir əlavə edib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
https://sputnik.az/20220706/lavrov-qerb-ukraynada-dinc-ehalinin-olumune-gore-mesuliyyet-dasiyir-443744131.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701019_171:0:2902:2048_1920x0_80_0_0_d032a5c5e52b57354f1487918984be54.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna, putin, almaniya, fransa
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ukrayna, putin, almaniya, fransa
Lavrov Almaniya və Fransanı ittiham etdi: Bu tamaşanın bədəlini Ukrayna xalqı ödəyir
Lavrov vurğulayıb ki, Minsk razılaşmaları Qərbin səhnələşdirdiyi növbəti müqaviləyə çevrilib və Ukrayna Silahlı Qüvvələrinin gücünü artırmaq üçün lazım idi.
BAKI, 18 iyul — Sputnik. Almaniya Kansleri Olaf Şolz Minsk razılaşmalarının iflasa uğramasından sonra Rusiyadan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təminatlarına dair yeni saziş tələb etməklə boşuna cəhd edir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "İzvestiya" qəzeti üçün dərc olunmuş məqaləsində deyilir.
Nazirin sözlərinə görə, Berlin və Paris Minsk razılaşmalarını yerinə yetirməkdən açıq şəkildə imtina edən Kiyevi himayə edərək onları öldürüblər. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri deyib: "Tamaşa bitdi, komediya bitdi".
Lavrov vurğulayıb ki, Minsk razılaşmaları Qərbin səhnələşdirdiyi növbəti müqaviləyə çevrilib və bunu bu yaxınlarda Ukraynanın keçmiş lideri Pyotr Poroşenko bildirib. Eks-prezidentin fikrincə, Kiyev bu razılaşmaları yerinə yetirmək niyyətində deyildi, Ukrayna tərəfinə vaxt udmaq və Ukrayna Silahlı Qüvvələrinin gücünü artırmaq üçün lazım idi.
"Bu tamaşanın bədəlini uzun illər Qərbin rusofob neonasist rejiminin boyunduruğu altında həyatla barışmağa məcbur etdiyi Ukrayna xalqı ödəyir", - rusiyalı nazir əlavə edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.