Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" də mərhələni adlaya bildi

© AP Photo / Michael SohnFutbol topu
Futbol topu - Sputnik Azərbaycan, 1920, 28.07.2022
Abunə olmaq
Azərbaycanın daha bir klubu Avropa miqyaslı turnirdə mərhələ adlayıb.
BAKI, 28 iyul - Sputnik. Bakıda "Neftçi" və Kiprin "Aris" komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu olub.
38-ci dəqiqədə Qodsvey Donyo topu qonaqların qapısından keçirib - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
57-ci dəqiqə Eddi İsrafilov hesab arasındakı fərqi iki topa çatdırıb. 62-ci dəqiqədə Kenni Sayef qonaqların qapısına üçüncü topu vurub.
Qeyd edək ki, "Neftçi" Kiprdəki görüşdə rəqibinə 0:2 hesabı uduzmuşdu.
Günün digər oyununda "Qəbələ" və Macarıstan "Fehervar"ı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qarşılaşıblar. Oyun "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 2:1. Lakin Azərbaycan klubu mərhələni adlaya bilməyib. İlk oyun macarların xeyrinə başa çatmışdı - 4:1.
Xəbər lenti
0