Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Sürix" - "Qarabağ" - 2:2

© Photo : Qarabağ FKQarabağ FK futbolçuları, arxiv şəkli
Qarabağ FK futbolçuları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
"Qarabağ" Çempionlar Liqasında mərhələni keçdi.
BAKI, 27 iyul - Sputnik. Ağdamın "Qarabağ" futbol klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Ağdam təmsilçisi İsveçrədə "Sürix" komandasının qonağı olub. "Letsiqrund" stadionunda oynanılacaq görüş 2:2 hesablı ilə başa çatıb. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edib.
Xatırladaq ki, Bakıdakı ilk qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab oyunu öncəsi Ağdam təmsilçisinin heyətində itki olmayıb.
Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
Xəbər lenti
0