Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq

© Sputnik / Murad Orujov"Qarabağ" - "Sürix" matçında oyun epizodu
Qarabağ - Sürix matçında oyun epizodu - Sputnik Azərbaycan, 1920, 27.07.2022
Abunə olmaq
"Letsiqrund" stadionunda oynanılacaq matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.
BAKI, 27 iyul — Sputnik. Ağdamın "Qarabağ" futbol klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam təmsilçisi İsveçrədə "Sürix" komandasının qonağı olacaq. "Letsiqrund" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edəcək.
Bakıdakı ilk qarşılaşma "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab oyunu öncəsi Ağdam təmsilçisinin heyətində itki yoxdur. Zədəsini sağaldan Qara Qarayev də artıq komandaya qoşulub və meydana çıxmağa hazırdır. Meydan sahiblərindən isə Blerim Cemaylinin matçda iştirakı sual altındadır. Evdə "Lütsern"lə qolsuz heç-heçə etdikləri İsveçrə çempionatının ikinci tur qarşılaşmasından sonra əzələsində problem aşkarlanan 36 yaşlı yarımmüdafiəçinin durumuna bu gün aydınlıq gətiriləcək.
Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) – "Ferentsvaroş" (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.
Xəbər lenti
0