https://sputnik.az/20220727/komandaya-guvenirem-lazimi-netice-elde-edeceyimize-inaniram---neftcinin-bas-mesqcisi-444437518.html
Komandaya güvənirəm, lazımi nəticə əldə edəcəyimizə inanıram - "Neftçi"nin baş məşqçisi
Komandaya güvənirəm, lazımi nəticə əldə edəcəyimizə inanıram - "Neftçi"nin baş məşqçisi
Sputnik Azərbaycan
Regekampf bildirib ki, yetirmələri sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməlidir. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T20:42+0400
2022-07-27T20:42+0400
2022-07-27T20:42+0400
idman
"neftçi" futbol klubu
kipr
baş məşqçi
https://cdnn1.img.sputnik.az/img/42287/40/422874027_0:0:1944:1094_1920x0_80_0_0_abd8b150527b2f137cf788ba537d2aa8.jpg
BAKI, 27 iyul - Sputnik. Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq. Azərtac xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin "Aris" komandasını qəbul edəcək Bakının "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.Rumıniyalı mütəxəssis bildirib ki, ilk oyunda məğlubiyyətdən sonra qarşılaşma təhlil olunub:Mütəxəssis start heyəti müəyyənləşdirdiyini deyib: "Bu barədə məlumat verə bilmərəm. Sabah oyunçularımız meydana qələbə üçün çıxacaq. Dolu tribunaların oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram".Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "Neftçi" rəqibinə 0:2 hesabı ilə uduzub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42287/40/422874027_103:0:1831:1296_1920x0_80_0_0_6107c1903e19a2462bf8b87bfcd484ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"neftçi" futbol klubu, kipr, baş məşqçi
"neftçi" futbol klubu, kipr, baş məşqçi
Komandaya güvənirəm, lazımi nəticə əldə edəcəyimizə inanıram - "Neftçi"nin baş məşqçisi
Regekampf bildirib ki, yetirmələri sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməlidir.
BAKI, 27 iyul - Sputnik. Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq. Azərtac xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin "Aris" komandasını qəbul edəcək Bakının "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, ilk oyunda məğlubiyyətdən sonra qarşılaşma təhlil olunub:
"Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik. İlk görüşdə rəqibin və bizim qol şanslarımız oldu. Bir epizodda penaltimiz verilmədi. Hətta "Aris"in mərkəz müdafiəçisi ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Rəqibin evdə aqressiv çıxış etməsi normaldır. Biz də bunun üçün çalışacağıq. Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz".
Mütəxəssis start heyəti müəyyənləşdirdiyini deyib: "Bu barədə məlumat verə bilmərəm. Sabah oyunçularımız meydana qələbə üçün çıxacaq. Dolu tribunaların oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram".
Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "Neftçi" rəqibinə 0:2 hesabı ilə uduzub.