https://sputnik.az/20220727/hemreylik-avropa-ttifaqina-baha-basa-gelir-444408718.html
Həmrəylik Avropa İttifaqına baha başa gəlir
Həmrəylik Avropa İttifaqına baha başa gəlir
Sputnik Azərbaycan
Aİ-nin 27 ölkəsi qaza qənaətlə bağlı razılığa gəliblər, lakin bu özündə çoxlu boşluqlar və razılaşmadan yayınma imkanlarını ehtiva edir. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T23:13+0400
2022-07-27T23:13+0400
2022-07-27T23:13+0400
avropa ittifaqı
dünya xəbərləri
çexiya
qaz
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_0:0:2741:1541_1920x0_80_0_0_360ccfd2a341ae64fc231b344fc42c45.jpg
BAKI, 27 iyul — Sputnik. Avropa ölkələri qaza qənaət məsələsində həmrəy olduqlarını göstərməyə çalışırlar. Bunu "Bloomberg"in köşə yazarı və Avropa siyasəti üzrə ekspert Andreas Klut bildirib.Klutun sözlərinə görə, Avropa İttifaqının (Aİ) 27 ölkəsi qaza qənaətlə bağlı razılığa gəliblər, lakin bu özündə çoxlu boşluqlar və razılaşmadan yayınma imkanlarını ehtiva edir.Klut yazır: "Qaza haradasa birtəhər qənaət etmək olar, amma bir çox ölkələrdə yayınma, boşluqlar və istisnalar üçün o qədər çox imkanlar olacaq ki, həmrəyliyi görmək üçün lupa lazım olacaq".Ekspert əlavə edib ki, ittifaq daxilində ixtilafın olmasından iştirakçı ölkələrin, eləcə də Rusiya, Çin və ABŞ-ın liderləri xəbərdardırlar. Klut Aİ-nin ən böyük probleminin təhdidlərin, öhdəliklərin və itkilərin ümumi qəbul edilə bilməməsi olduğunu bildirib.Daha əvvəl Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Yozef Sikela qaza görə istisnaların nəzərdə tutulduğu Aİ ölkələrinin adını çəkib. Sikela bildirib ki, yeni qaz tədbirlərindən yayınma Baltikyanı ölkələr və Aİ-nın ada dövlətlərinə təsir edəcək.Gərginləşən enerji böhranı fonunda Aİ ciddi daxili parçalanma riski ilə üzləşib.Aİ-nin qaz istehlakını 15 faiz azaltmaq təklifi 27 üzv dövlət arasında dərin fikir ayrılıqlarını ortaya qoyub. Bununla belə, son həftələrdəki ziddiyyətlər enerji sahəsindən də kənara çıxır: "şimal" və "cənub" arasındakı fərq fiskal və pul siyasəti məsələlərində göz qabağındadır.
https://sputnik.az/20220727/rusiya-abs-i-neft-muharibesinde-meglub-edib---american-thinker-444403471.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/16/427516509_7:0:2062:1541_1920x0_80_0_0_cd49504cf7a5b168c5c4789ac7d84d35.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
avropa ittifaqı, çexiya, qaz
avropa ittifaqı, çexiya, qaz
Həmrəylik Avropa İttifaqına baha başa gəlir
Aİ-nin 27 ölkəsi qaza qənaətlə bağlı razılığa gəliblər, lakin bu özündə çoxlu boşluqlar və razılaşmadan yayınma imkanlarını ehtiva edir.
BAKI, 27 iyul — Sputnik. Avropa ölkələri qaza qənaət məsələsində həmrəy olduqlarını göstərməyə çalışırlar. Bunu "Bloomberg"in köşə yazarı və Avropa siyasəti üzrə ekspert Andreas Klut bildirib.
Klutun sözlərinə görə, Avropa İttifaqının (Aİ) 27 ölkəsi qaza qənaətlə bağlı razılığa gəliblər, lakin bu özündə çoxlu boşluqlar və razılaşmadan yayınma imkanlarını ehtiva edir.
Klut yazır: "Qaza haradasa birtəhər qənaət etmək olar, amma bir çox ölkələrdə yayınma, boşluqlar və istisnalar üçün o qədər çox imkanlar olacaq ki, həmrəyliyi görmək üçün lupa lazım olacaq".
Ekspert əlavə edib ki, ittifaq daxilində ixtilafın olmasından iştirakçı ölkələrin, eləcə də Rusiya, Çin və ABŞ-ın liderləri xəbərdardırlar. Klut Aİ-nin ən böyük probleminin təhdidlərin, öhdəliklərin və itkilərin ümumi qəbul edilə bilməməsi olduğunu bildirib.
Daha əvvəl Çex Respublikasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Yozef Sikela qaza görə istisnaların nəzərdə tutulduğu Aİ ölkələrinin adını çəkib. Sikela bildirib ki, yeni qaz tədbirlərindən yayınma Baltikyanı ölkələr və Aİ-nın ada dövlətlərinə təsir edəcək.
Gərginləşən enerji böhranı fonunda Aİ ciddi daxili parçalanma riski ilə üzləşib.
Aİ-nin qaz istehlakını 15 faiz azaltmaq təklifi 27 üzv dövlət arasında dərin fikir ayrılıqlarını ortaya qoyub. Bununla belə, son həftələrdəki ziddiyyətlər enerji sahəsindən də kənara çıxır: "şimal" və "cənub" arasındakı fərq fiskal və pul siyasəti məsələlərində göz qabağındadır.