https://sputnik.az/20220727/rusiya-abs-i-neft-muharibesinde-meglub-edib---american-thinker-444403471.html
Rusiya ABŞ-ı neft müharibəsində məğlub edib - "American Thinker"
Rusiya ABŞ-ı neft müharibəsində məğlub edib - "American Thinker"
Sputnik Azərbaycan
Şərhçi qeyd edir ki, Rusiya neftinin Səudiyyə Ərəbistanına daha sərfəli qiymətə satıldığını nəzərə alsaq, Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların... 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T16:30+0400
2022-07-27T16:30+0400
2022-07-27T16:30+0400
neft
rusiya
abş
https://cdnn1.img.sputnik.az/img/42315/53/423155389_0:95:2937:1747_1920x0_80_0_0_8e5831398dc50441b35773604fcb2ea8.jpg
BAKI, 27 iyul — Sputnik. ABŞ-ın təşəbbüsü ilə Rusiya neftinə tətbiq edilən sanksiyalar hazırda onların özlərinə qarşı çevrilib. Bunu "American Thinker"in şərhçisi Tomas Lifson öz məqaləsində yazıb.Köşə yazarının xatırlatdığı kimi, Qərb ölkələri Rusiyadan neft alınmasına embarqo qoyub. Nəticədə resursun maya dəyəri artıb və qıtlıq yaranıb. Lakin müəllifin fikrincə, Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların mənasızlığını və səmərəli olmadığını nümayiş etdiriblər. Çünki Rusiya nefti anbarlarda yığılmır, əksinə, məhdudlaşdırıcı tədbirlərin tətbiqindən əvvəl olduğu vaxtdan xeyli baha qiymətə Səudiyyə Ərəbistanına satılır.Ər-Riyad elektrik enerjisi istehsal etmək üçün Moskvadan xammal alır. Öz dərinliklərindən hasil edilən resursu isə o, Qərbə daha yüksək qiymətə ixrac edir. Lifsonun fikrincə, bu vəziyyətdə qalib məhz Rusiyadır. O, ABŞ və Avropa sanksiyalarını incə bir şəkildə aşır və əhəmiyyətli gəlirlər əldə edir. ABŞ və Avropa isə bahalaşmış Səudiyyə neftini idxal etmək məcburiyyətində qaldıqları üçün yanacaq müharibəsində uduzurlar."Kim uduzur? Siz, mən və bütün dünyada - xüsusilə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər təqdim edən ölkələrdəki istehlakçılar. Sanksiyalar, əslində, Baydenin bir çox xarici siyasət təşəbbüsləri kimi səmərəsiz və axmaqdır", — deyə Lifson Amerika oxucularına müraciətini yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42315/53/423155389_208:0:2937:2047_1920x0_80_0_0_12f3e7f9e3fcf5e273180f16285598dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
neft, abş
Rusiya ABŞ-ı neft müharibəsində məğlub edib - "American Thinker"
Şərhçi qeyd edir ki, Rusiya neftinin Səudiyyə Ərəbistanına daha sərfəli qiymətə satıldığını nəzərə alsaq, Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların mənasızlığını nümayiş etdiriblər.
BAKI, 27 iyul — Sputnik. ABŞ-ın təşəbbüsü ilə Rusiya neftinə tətbiq edilən sanksiyalar hazırda onların özlərinə qarşı çevrilib. Bunu "American Thinker"in şərhçisi Tomas Lifson öz məqaləsində yazıb.
Köşə yazarının xatırlatdığı kimi, Qərb ölkələri Rusiyadan neft alınmasına embarqo qoyub. Nəticədə resursun maya dəyəri artıb və qıtlıq yaranıb. Lakin müəllifin fikrincə, Brüssel və Vaşinqton öz hərəkətləri ilə sanksiyaların mənasızlığını və səmərəli olmadığını nümayiş etdiriblər. Çünki Rusiya nefti anbarlarda yığılmır, əksinə, məhdudlaşdırıcı tədbirlərin tətbiqindən əvvəl olduğu vaxtdan xeyli baha qiymətə Səudiyyə Ərəbistanına satılır.
Ər-Riyad elektrik enerjisi istehsal etmək üçün Moskvadan xammal alır. Öz dərinliklərindən hasil edilən resursu isə o, Qərbə daha yüksək qiymətə ixrac edir. Lifsonun fikrincə, bu vəziyyətdə qalib məhz Rusiyadır. O, ABŞ və Avropa sanksiyalarını incə bir şəkildə aşır və əhəmiyyətli gəlirlər əldə edir. ABŞ və Avropa isə bahalaşmış Səudiyyə neftini idxal etmək məcburiyyətində qaldıqları üçün yanacaq müharibəsində uduzurlar.
"Kim uduzur? Siz, mən və bütün dünyada - xüsusilə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər təqdim edən ölkələrdəki istehlakçılar. Sanksiyalar, əslində, Baydenin bir çox xarici siyasət təşəbbüsləri kimi səmərəsiz və axmaqdır", — deyə Lifson Amerika oxucularına müraciətini yekunlaşdırıb.