https://sputnik.az/20220727/barselona-klinikasi-hv-in-funksional-mustesna-mualicesi-barede-melumat-yayib-----444442216.html
Barselona klinikası HİV-in funksional "müstəsna" müalicəsi barədə məlumat yayıb
Barselona klinikası HİV-in funksional "müstəsna" müalicəsi barədə məlumat yayıb
Sputnik Azərbaycan
QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan 8202 xəstədən 69,6%-i kişi, 30,4%-i qadındır. 27.07.2022, Sputnik Azərbaycan
2022-07-27T23:49+0400
2022-07-27T23:49+0400
2022-07-27T23:49+0400
dünya xəbərləri
hiv
qiçs
barselona
https://cdnn1.img.sputnik.az/img/40792/95/407929558_0:41:2000:1166_1920x0_80_0_0_012e425e9f949716900cef7b5e34906a.jpg
BAKI, 27 iyul - Sputnik. Barselonada yerləşən "IDIBAPS" klinikası HİV infeksiyası üçün funksional müalicənin "müstəsna halı" haqqında məlumat yayıb.Belə ki, kataloniyalı həkimlər cümə günü Kanadanın Monreal şəhərində açılacaq QİÇS-lə bağlı beynəlxalq konfrans üçün bununla bağlı hesabat hazırlayıblar.Onların məlumatına görə, xəstəyə kəskin mərhələdə İİV infeksiyası diaqnozu qoyulub, bundan sonra qadın doqquz ay ərzində immunosupressant "siklosporin A" ilə antiretrovirus terapiya alıb."Antiretrovirus terapiyasını dayandırdıqdan sonra xəstə 15 ildən çox müddət ərzində aşkar edilə bilməyən virus yükü ilə və virusla mübarizə aparmaq üçün dərman qəbul etmədən HİV-in təkrarlanmasına tam nəzarət qirunub saxlanır", - deyə məlumatda bildirilir.Qeyd edildiyi kimi, funksional müalicənin bu halı xəstənin virusa fitri reaksiyasında iştirak edən hüceyrələrin aktivliyinin artırılmasına yönəlmiş HİV infeksiyasının müalicəsi üçün potensial olaraq yeni strategiyaların hazırlanması üçün imkanlar açır.Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin 5 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.Onlardan 5704-i (69,6%) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal "90-90-90" hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır.
https://sputnik.az/20220609/azerbaycanda-qcs-xestelerinin-statistikasi-aciqlandi-442746359.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40792/95/407929558_293:0:2000:1280_1920x0_80_0_0_ad4563369855b5a67d40f842633728f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hiv, qiçs, barselona
Barselona klinikası HİV-in funksional "müstəsna" müalicəsi barədə məlumat yayıb
QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan 8202 xəstədən 69,6%-i kişi, 30,4%-i qadındır.
BAKI, 27 iyul - Sputnik. Barselonada yerləşən "IDIBAPS" klinikası HİV infeksiyası üçün funksional müalicənin "müstəsna halı" haqqında məlumat yayıb.
Belə ki, kataloniyalı həkimlər cümə günü Kanadanın Monreal şəhərində açılacaq QİÇS-lə bağlı beynəlxalq konfrans üçün bununla bağlı hesabat hazırlayıblar.
Onların məlumatına görə, xəstəyə kəskin mərhələdə İİV infeksiyası diaqnozu qoyulub, bundan sonra qadın doqquz ay ərzində immunosupressant "siklosporin A" ilə antiretrovirus terapiya alıb.
"Antiretrovirus terapiyasını dayandırdıqdan sonra xəstə 15 ildən çox müddət ərzində aşkar edilə bilməyən virus yükü ilə və virusla mübarizə aparmaq üçün dərman qəbul etmədən HİV-in təkrarlanmasına tam nəzarət qirunub saxlanır", - deyə məlumatda bildirilir.
Qeyd edildiyi kimi, funksional müalicənin bu halı xəstənin virusa fitri reaksiyasında iştirak edən hüceyrələrin aktivliyinin artırılmasına yönəlmiş HİV infeksiyasının müalicəsi üçün potensial olaraq yeni strategiyaların hazırlanması üçün imkanlar açır.
Hazırda Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin 5 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır.
Onlardan 5704-i (69,6%) kişi, 2498-i (30,4%) qadındır. Dünyada və ölkəmizdə İİV-lə yaşayan insanlar üçün tətbiq olunan İİV-kaskadı İİV epidemiyasına qarşı milli cavab tədbirlərinin effektivliyini qiymətləndirməyə imkan verir, İİV-in profilaktikası, müalicəsi xidmətlərinin əhatə dairəsini, əlçatanlığını və keyfiyyətini aydın şəkildə göstərir. Kaskad İİV-xidmətləri çərçivəsində qarşıya qoyulmuş Qlobal "90-90-90" hədəflərinin həyata keçirilməsi istiqamətində irəliləyişlər əldə edilib və Azərbaycan qarşıya qoyulmuş hədəflərə yaxın olan ölkələr sırasındadır.