https://sputnik.az/20220723/qadin-sablyacilardan-ibaret-millimiz-dunya-cempionatinda-altinci-oldu-444308883.html
Qadın sablyaçılardan ibarət millimiz dünya çempionatında altıncı oldu
Qadın sablyaçılardan ibarət millimiz dünya çempionatında altıncı oldu
Sputnik Azərbaycan
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri bu il Beynəlxalq Federasiyanın konqresində Dünya Kuboku ilə mükafatlandırılacaq. 23.07.2022, Sputnik Azərbaycan
2022-07-23T16:55+0400
2022-07-23T16:55+0400
2022-07-23T16:55+0400
idman
milli komanda
qadın
dünya çempionatı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/17/444308608_0:0:912:514_1920x0_80_0_0_97bde828586e1922974ed93e21cabb97.jpg
BAKI, 23 iyul - Sputnik. Qadın sablyaçılardan ibarət Azərbaycan milli komandası Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında altıncı olub.Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sonuncu yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb. Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına (41:45) uduzub.Beləliklə, komandamız ümumi sıralamada altıncı olub.Xatırladaq ki, daha əvvəl Anna Başta qadın sablyaçıların fərdi yarışında dünya çempionatının gümüş medalını qazanıb.Dünya reytinqinin lideri Başta dünya çempionatındakı çıxışına pley-off mərhələsindən başlayıb və burada Valentina Haydis (Dominikan Respublikası, 15:10), Madison Zurqud (Kanada, 15:8), Martina Kriskiyo (İtaliya, 15:6), Teodora Qunturani (Yunanıstan, 15:11) və Despina Georgiadu (Yunanıstan, 15:9) üzərində qələbə qazanıb.Azərbaycan qılıncoynadanı finalda Yaponiya təmsilçisi Emura Misaki ilə qarşılaşıb və 10:15 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi olub.Qeyd etmək lazımdır ki, cari mövsüm 2 Dünya Kubokunun, Qran-prinin mərhələ yarışının qalibi olan Anna Başta həmçinin dünya reytinqində birinci yeri tutaraq Avropa çempionu olub.Bu il Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) konqresində Baştaya Dünya Kuboku təqdim olunacaq. Daha öncə bu mükafata azərbaycanlı qılıncoynadan Yelena Jemayeva layiq görülüb. Jemayeva ikiqat Olimpiya çempionu, Rusiya Qılıncoynatma Federasiyasının prezidenti və əslən azərbaycanlı olan İlqar Məmmədovun həyat yoldaşıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/17/444308608_20:0:912:669_1920x0_80_0_0_d3d5c89057e62f49517dfe42e1b2891c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
milli komanda, qadın, dünya çempionatı
milli komanda, qadın, dünya çempionatı
Qadın sablyaçılardan ibarət millimiz dünya çempionatında altıncı oldu
Qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri bu il Beynəlxalq Federasiyanın konqresində Dünya Kuboku ilə mükafatlandırılacaq.
BAKI, 23 iyul - Sputnik. Qadın sablyaçılardan ibarət Azərbaycan milli komandası Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında altıncı olub.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, sonuncu yarış günündə qadın sablyaçıların komanda yarışında ən güclü 8-liyə yüksələn Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda Fransa millisi ilə qarşılaşıb. Rəqibinə 25:45 hesabı ilə məğlub olan yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə ABŞ seçmə kollektivinə 45:37 hesabı ilə qalib gəlsə də, növbəti qarşılaşmada Almaniya sablyaçılarına (41:45) uduzub.
Beləliklə, komandamız ümumi sıralamada altıncı olub.
Xatırladaq ki, daha əvvəl Anna Başta qadın sablyaçıların fərdi yarışında dünya çempionatının gümüş medalını qazanıb.
Dünya reytinqinin lideri Başta dünya çempionatındakı çıxışına pley-off mərhələsindən başlayıb və burada Valentina Haydis (Dominikan Respublikası, 15:10), Madison Zurqud (Kanada, 15:8), Martina Kriskiyo (İtaliya, 15:6), Teodora Qunturani (Yunanıstan, 15:11) və Despina Georgiadu (Yunanıstan, 15:9) üzərində qələbə qazanıb.
Azərbaycan qılıncoynadanı finalda Yaponiya təmsilçisi Emura Misaki ilə qarşılaşıb və 10:15 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi olub.
Qeyd etmək lazımdır ki, cari mövsüm 2 Dünya Kubokunun, Qran-prinin mərhələ yarışının qalibi olan Anna Başta həmçinin dünya reytinqində birinci yeri tutaraq Avropa çempionu olub.
Bu il Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) konqresində Baştaya Dünya Kuboku təqdim olunacaq. Daha öncə bu mükafata azərbaycanlı qılıncoynadan Yelena Jemayeva layiq görülüb. Jemayeva ikiqat Olimpiya çempionu, Rusiya Qılıncoynatma Federasiyasının prezidenti və əslən azərbaycanlı olan İlqar Məmmədovun həyat yoldaşıdır.