https://sputnik.az/20220720/kisi-voleybolcularimiz-merakes-yigmasina-meglub-olub---yoxlama-oyunu-davam-edir-444183738.html
Kişi voleybolçularımız Mərakeş yığmasına məğlub olub - yoxlama oyunu davam edir
Kişi voleybolçularımız Mərakeş yığmasına məğlub olub - yoxlama oyunu davam edir
Sputnik Azərbaycan
Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə məğlub olub. Azərbaycan yığması növbəti yoxlama oyununu sabah Belarusa, ertəsi gün isə... 20.07.2022, Sputnik Azərbaycan
2022-07-20T10:44+0400
2022-07-20T10:44+0400
2022-07-20T10:44+0400
idman
voleybol
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/40664/50/406645044_0:0:1280:721_1920x0_80_0_0_b87d260bb410bedf2227b30a1ebb999f.jpg
BAKI, 20 iyul — Sputnik. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir. Hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.AZƏRTAC xəbər verir ki, millimiz növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.İlk yoxlama oyununda millimiz Belarus seçməsinə 1:3 hesabı ilə uduzub. Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək. Qarşılaşmalar saat 17:00-da start götürəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40664/50/406645044_107:0:1244:853_1920x0_80_0_0_c512e1e0b2481e732410cb373f0ca4a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
voleybol, azərbaycan
Kişi voleybolçularımız Mərakeş yığmasına məğlub olub - yoxlama oyunu davam edir
Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə məğlub olub. Azərbaycan yığması növbəti yoxlama oyununu sabah Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək
BAKI, 20 iyul — Sputnik. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir. Hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.
Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.
AZƏRTAC xəbər verir ki, millimiz növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.
İlk yoxlama oyununda millimiz Belarus seçməsinə 1:3 hesabı ilə uduzub. Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək. Qarşılaşmalar saat 17:00-da start götürəcək.