https://sputnik.az/20220720/azerbaycan-cudocusu-dunya-reytinqinde-yukselib-444194460.html
Azərbaycan cüdoçusu dünya reytinqində yüksəlib
Azərbaycan cüdoçusu dünya reytinqində yüksəlib
Sputnik Azərbaycan
Beynəlxalq Cüdo Federasiyasının yenilənmiş reytinqində Azərbaycan idmançıları arasında ən yüksək yeri Məmmədəli Mehdiyev tutub. 20.07.2022, Sputnik Azərbaycan
2022-07-20T13:55+0400
2022-07-20T13:55+0400
2022-07-20T13:55+0400
idman
cüdo
qızıl medal
reytinq
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437092286_0:15:1280:735_1920x0_80_0_0_ec8e731c5ec4ea45d01980354d01ee6b.jpg
BAKI, 20 iyul — Sputnik. Xorvatiyanın Zaqreb şəhərində keçirilən Qran-pridə qazanılan qələbə Azərbaycan cüdoçusu Yaşar Nəcəfova (66 kq) dünya reytinqində öz mövqeyini xeyli yaxşılaşdırmağa imkan verib.Beynəlxalq Cüdo Federasiyası (IJF) bu yaxınlarda keçirilən və Azərbaycandan olan iştirakçıların mükafatlarını qazandıqları Qran-prinin nəticələrinə əsasən planet cüdoçularının yeni reytinq cədvəlini açıqlayıb. Qızıl medalı Yaşar Nəcəfov, gümüş medalı Səid Mollaei (81 kq), bürünc medalı isə Uşanqi Kokauri (100 kq-dan yuxarı) qazanıb.Xorvatiyada qazandığı uğur sayəsində Nəcəfov 66 kq çəki dərəcəsində dünya reytinqində on pillə yüksələrək 1787 xalla 17-ci yerdə qərarlaşıb.Eyni çəkidə olan daha bir azərbaycanlı cüdoçu Orxan Səfərov (2611) Zaqrebdəki uğursuzluğa rəğmən, 8-ci yeri qoruyub. Buna baxmayaraq, Nəcəfovun irəliləyişinə görə, bu kateqoriyada cüdoçular arasında liderlik, eləcə də 2024-cü ildə Paris Olimpiadasına vəsiqə uğrunda mübarizənin kəskinləşəcəyi gözlənilir.İran əsilli Azərbaycan millisinin yeniyetməsi Səid Mollaei dünya reytinqində mövqeyini yaxşılaşdırmaqda davam edir. O, daha bir pillə yüksələrək 3924 xalla 5-ci yeri tutur. Mollaei Zaqreb Qran-prisinə qədər Budapeştdə (Macarıstan) keçirilən Böyük Dəbilqə yarışlarında "gümüş" medalını qazanıb, sonra isə o, üç pillə yüksəlib.Lakin Uşanqa Kokaurinin qazandığı bürünc medal ona dünya siyahısında 10-cu pillədə qalmağa imkan verməyib və hazırda o, 2822 xalla 11-ci pillədə qərarlaşıb.Azərbaycan millisinin digər liderlərinin dünya reytinq cədvəlindəki mövqeləri dəyişməz olaraq qalıb: Kəramət Hüseynov (60 kq, 11-ci yer, 2268 xal), Hidayət Heydərov (73 kq, 3-cü yer, 4760 xal), Rüstəm Orucov (73 kq, 6-cı yer, 2849 xal), Məmmədəli Mehdiyev (90 kq, 2-ci yer, 4657 xal), Zelim Kotsoyev (100 kq, 11-ci yer, 2587 xal) və Elmar Qasımov (100 kq, 22-ci yer, 1588 xal).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/08/437092286_140:0:1140:750_1920x0_80_0_0_c27096af9ec378a36ce27c2cae71f19c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
cüdo, qızıl medal, reytinq
cüdo, qızıl medal, reytinq
Azərbaycan cüdoçusu dünya reytinqində yüksəlib
Beynəlxalq Cüdo Federasiyasının yenilənmiş reytinqində Azərbaycan idmançıları arasında ən yüksək yeri Məmmədəli Mehdiyev tutub.
BAKI, 20 iyul — Sputnik. Xorvatiyanın Zaqreb şəhərində keçirilən Qran-pridə qazanılan qələbə Azərbaycan cüdoçusu Yaşar Nəcəfova (66 kq) dünya reytinqində öz mövqeyini xeyli yaxşılaşdırmağa imkan verib.
Beynəlxalq Cüdo Federasiyası (IJF) bu yaxınlarda keçirilən və Azərbaycandan olan iştirakçıların mükafatlarını qazandıqları Qran-prinin nəticələrinə əsasən planet cüdoçularının yeni reytinq cədvəlini açıqlayıb. Qızıl medalı Yaşar Nəcəfov, gümüş medalı Səid Mollaei (81 kq), bürünc medalı isə Uşanqi Kokauri (100 kq-dan yuxarı) qazanıb.
Xorvatiyada qazandığı uğur sayəsində Nəcəfov 66 kq çəki dərəcəsində dünya reytinqində on pillə yüksələrək 1787 xalla 17-ci yerdə qərarlaşıb.
Eyni çəkidə olan daha bir azərbaycanlı cüdoçu Orxan Səfərov (2611) Zaqrebdəki uğursuzluğa rəğmən, 8-ci yeri qoruyub. Buna baxmayaraq, Nəcəfovun irəliləyişinə görə, bu kateqoriyada cüdoçular arasında liderlik, eləcə də 2024-cü ildə Paris Olimpiadasına vəsiqə uğrunda mübarizənin kəskinləşəcəyi gözlənilir.
İran əsilli Azərbaycan millisinin yeniyetməsi Səid Mollaei dünya reytinqində mövqeyini yaxşılaşdırmaqda davam edir. O, daha bir pillə yüksələrək 3924 xalla 5-ci yeri tutur. Mollaei Zaqreb Qran-prisinə qədər Budapeştdə (Macarıstan) keçirilən Böyük Dəbilqə yarışlarında "gümüş" medalını qazanıb, sonra isə o, üç pillə yüksəlib.
Lakin Uşanqa Kokaurinin qazandığı bürünc medal ona dünya siyahısında 10-cu pillədə qalmağa imkan verməyib və hazırda o, 2822 xalla 11-ci pillədə qərarlaşıb.
Azərbaycan millisinin digər liderlərinin dünya reytinq cədvəlindəki mövqeləri dəyişməz olaraq qalıb: Kəramət Hüseynov (60 kq, 11-ci yer, 2268 xal), Hidayət Heydərov (73 kq, 3-cü yer, 4760 xal), Rüstəm Orucov (73 kq, 6-cı yer, 2849 xal), Məmmədəli Mehdiyev (90 kq, 2-ci yer, 4657 xal), Zelim Kotsoyev (100 kq, 11-ci yer, 2587 xal) və Elmar Qasımov (100 kq, 22-ci yer, 1588 xal).