DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə prezidenti: "İrana qarşı sanksiyaların əleyhinəyik"

© AFP 2024 / -Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan  - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın haqlı gözləntilərini dəstəkləyir və türk şirkətlərini İrana sərmayə qoymağa təşviq edir.
BAKI, 19 iyul — Sputnik. Biz İrana qarşı sanksiyaların əleyhinəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşdə deyib.
O bildirib ki, İran və Türkiyə qardaşlığı bütün sahələrdə genişlənməlidir: "Biz həmişə İrana qarşı birtərəfli sanksiyaların əleyhinə olmuşuq və olacağıq. Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində İranın haqlı gözləntilərini dəstəkləyirik və türk şirkətlərini İrana sərmayə qoymağa təşviq edirik".
O qeyd edib ki, Suriyada terrorçu qruplaşmalar Almaniya, İngiltərə, Fransa və xüsusilə də ABŞ kimi Qərb dövlətləri tərəfindən ciddi şəkildə dəstəklənir: "Türkiyənin Suriyanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bəllidir, biz Suriya hökumətinin siyasi proseslərə başlamasını gözləyirik".
Ərdoğan deyib ki, Tehranda keçiriləcək Astana prosesi sammitində Suriya məsələsi gündəmdədir və yaxşı nəticələr əldə edəcəklərinə ümid edirlər.
Qeyd edək ki, İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb. Sazişə görə, nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.
2018-ci ildə ABŞ Prezidenti Donald Trump administrasiyası sazişi tərk edərək İrana qarşı sanksiyaları bərpa edib.
i İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  - Sputnik Azərbaycan, 1920, 19.07.2022
DÜNYA XƏBƏRLƏRİ
Regionun üç lideri Tehranda: Ərdoğan Rəisi ilə görüşüb
Xəbər lenti
0