DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Regionun üç lideri Tehranda: Ərdoğan Rəisi ilə görüşüb

© Photo : AZƏRTACi İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla
i İran Prezidenti Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla  - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
BAKI, 19 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi görüşüblər.
Görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Bildirilib ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.
Türkiyə prezidentinin İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə təkbətək görüşləri də gözlənilir.
Xəbər lenti
0