https://sputnik.az/20220719/sahmatda-siyasi-qalmaqal-karlsen-gorusden-imtina-etse-fide-nin-basqa-yolu-qalmayacaq-444147783.html
Şahmatda siyasi qalmaqal: Karlsen görüşdən imtina etsə, FIDE-nin başqa yolu qalmayacaq
Şahmatda siyasi qalmaqal: Karlsen görüşdən imtina etsə, FIDE-nin başqa yolu qalmayacaq
Sputnik Azərbaycan
AŞF prezidenti 1993-cü ildə Harri Kasparovun şahmat tacı uğrunda qarşılaşmaya FIDE adı altında çıxmaqdan imtina etdiyini də xatırladıb. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T15:50+0400
2022-07-19T15:50+0400
2022-07-19T15:50+0400
fide
idman
şahmat
https://cdnn1.img.sputnik.az/img/42262/71/422627143_0:0:3072:1728_1920x0_80_0_0_3a565536f8c884c5c94e36f2a8b1947a.jpg
BAKI, 19 iyul — Sputnik. İspaniyanın paytaxtı Madriddəki İddiaçılar Turniri vaxtı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Maqnus Karlsenlə görüşərək, danışıqlar aparıb.Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov məlumat verib.O, hazırkı dünya çempionu Maqnus Karlsenin şahmat tacı uğrunda qarşılaşmada İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşmaq istəməməsinə münasibət bildirib.Funksioner 32 yaşlı qrossmeysterin yarışın formatının dəyişdirilməsini tələb etdiyini xatırladıb: "Karlsen bildirib ki, yalnız Fransanı təmsil edən Alireza Firuzca ilə oynamaq üçün motivasiyası var. Şahmat tarixində belə hallar olub. Mövcud dünya çempionları FIDE-yə öz ideyalarını yeritmək istəyiblər və qurumu razı salmağa çalışıblar. Ancaq hər halda FIDE öz prinsiplərinin üzərində dayanıb. 1974-1975-ci illərdə ABŞ şahmatçısı Robert Fişer rusiyalı Anatoli Karpovla şahmat tacı uğrunda oynamaq üçün çoxlu tələb irəli sürmüşdü. Onun tələblərinin bəziləri yerinə yetirildi. Sonadək istəkləri yerinə yetirilmədiyi üçün Fişer şahmat tacından məhrum edildi və Karpov dünya çempionu oldu".AŞF prezidenti 1993-cü ildə Harri Kasparovun şahmat tacı uğrunda qarşılaşmaya FIDE adı altında çıxmaqdan imtina etdiyini də xatırladıb: "Bu məsələ də Kasparovun xeyrinə bitmədi. Çünki Karpovla niderlandlı Yan Timman arasında yeni görüş oldu. Karpov qalib gəldi və rəsmən çempion elan edildi. Mən də FIDE-nin rəhbərliyində təmsil olunuram. Biz hər hansı şantaja və ya ultimatuma getməyəcəyik".FIDE rəsmisi Karlsenin tələb etdiyi formatın qeyri-adi olduğunu sözlərinə əlavə edib: "Bu, onun öz yarışlarında tətbiq etdiyi formatdır. Bu, heç vaxt dünya şahmat tacı uğrunda qarşılaşmada istifadə edilməyib. Karlsen istəyir ki, mübarizə 3 hissədən ibarət olsun. Hər hissədə klassik, rapid və blits oynanılsın. Təsəvvür edin, futbol üzrə dünya çempionunu müəyyən etmək istəyirsiniz. Ancaq deyirsiniz ki, bunlar əvvəl böyük meydançada klassik futbol oynasınlar, sonra mini futbolda, ardınca isə çimərlik futbolunda bacarıqlarını göstərsinlər. Bu, düzgün deyil. Yəqin ki, bunu qəbul etməyəcəyik. Əlbəttə, biz də istəyirik ki, Maqnus Karlsen şahmat tacı uğrunda qarşılaşmadan imtina etməsin və yarışa qatılsın. O, çox ləyaqətli və güclü şahmatçıdır. Karlsen dünya şahmat tarixinin ən güclülərindən hesab edilir. Mübarizliyinə görə bəlkə də dünyanın ən güclüsüdür".Məmmədov Karlsenin fikirlərində həqiqətin olmadığını da diqqətə çatdırıb: "O, öz şahmat nəslindəki qrossmeysterlərin hamısına şahmat tacı uğrunda oyunda tam üstünlüklə qalib gəlməyib. Hazırkı dünya çempionudur və klassik, rapid, blits üzrə ən güclü şahmatçıdır. Ancaq Karlsen şahmat tacı uğrunda rusiyalı Sergey Karyakinlə heç-heçə etmişdi. Karyakin müəyyən vaxtda üstünlüyə də malik idi, oyunu öz xeyrinə dəyişə də bilərdi. Karlsen rəqibinə yalnız tay-breykdə qalib gələ bilmişdi. Sonra ABŞ şahmatçısı Fabiano Karuananı da tay-breykdə üstələyə bilmişdi. O, son olaraq Nepomnyaşi ilə qarşılaşmada böyük üstünlük əldə etmişdi. Bu isə matçın ikinci yarısında rusiyalı şahmatçı yorulandan sonra gerçəkləşmişdi. 6-cı partiyada çox gediş olmuşdu. Bu, dünya şahmat tacı uğrunda qarşılaşmalar üçün rekord göstərici idi. Partiyanın sonunda Karlsen qalib gəldi. Bundan sonra Nepomnyaşi istədiyi kimi çıxış edə bilmədi və onun oyunu alınmadı".FIDE-nin vitse-prezidenti Maqnus Karlsenin şahmat tacı uğrunda görüşlərdə rəqiblərinə qarşı tam dominantlıq etmədiyini vurğulayıb: "Bundan əvvəl hindistanlı Vişvanatan Anandla olan analoji qarşılaşmada tam dominantlıq yox idi".Məmmədovun sözlərinə görə, Karlsen görüşdən imtina etsə, FIDE-nin başqa yolu qalmayacaq. Belə olacağı təqdirdə, İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar Yan Nepomnyaşi və çinli Dinq Liren şahmat tacı uğrunda mübarizə aparacaqlar. Azərbaycan təmsilçisi Teymur Rəcəbov yarışı ikinci sırada başa vursaydı, onun da şahmat tacı uğrunda yarışmaq üçün şansı yaranardı".Qeyd edək ki, dünya şahmat tacı uğrunda qarşılaşma 2023-cü ildə keçirilməlidir. Azərbaycan təmsilçisi Teymur Rəcəbov İddiaçılar turnirini 7,5 xalla üçüncü sırada başa vurub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/71/422627143_341:0:3072:2048_1920x0_80_0_0_aa58687da38300e7e6a4d6f455359e60.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fide, şahmat
Şahmatda siyasi qalmaqal: Karlsen görüşdən imtina etsə, FIDE-nin başqa yolu qalmayacaq
AŞF prezidenti 1993-cü ildə Harri Kasparovun şahmat tacı uğrunda qarşılaşmaya FIDE adı altında çıxmaqdan imtina etdiyini də xatırladıb.
BAKI, 19 iyul — Sputnik. İspaniyanın paytaxtı Madriddəki İddiaçılar Turniri vaxtı Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Maqnus Karlsenlə görüşərək, danışıqlar aparıb.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FIDE-nin vitse-prezidenti Mahir Məmmədov məlumat verib.
O, hazırkı dünya çempionu Maqnus Karlsenin şahmat tacı uğrunda qarşılaşmada İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi ilə qarşılaşmaq istəməməsinə münasibət bildirib.
Funksioner 32 yaşlı qrossmeysterin yarışın formatının dəyişdirilməsini tələb etdiyini xatırladıb:
"Karlsen bildirib ki, yalnız Fransanı təmsil edən Alireza Firuzca ilə oynamaq üçün motivasiyası var. Şahmat tarixində belə hallar olub. Mövcud dünya çempionları FIDE-yə öz ideyalarını yeritmək istəyiblər və qurumu razı salmağa çalışıblar. Ancaq hər halda FIDE öz prinsiplərinin üzərində dayanıb. 1974-1975-ci illərdə ABŞ şahmatçısı Robert Fişer rusiyalı Anatoli Karpovla şahmat tacı uğrunda oynamaq üçün çoxlu tələb irəli sürmüşdü. Onun tələblərinin bəziləri yerinə yetirildi. Sonadək istəkləri yerinə yetirilmədiyi üçün Fişer şahmat tacından məhrum edildi və Karpov dünya çempionu oldu".
AŞF prezidenti 1993-cü ildə Harri Kasparovun şahmat tacı uğrunda qarşılaşmaya FIDE adı altında çıxmaqdan imtina etdiyini də xatırladıb: "Bu məsələ də Kasparovun xeyrinə bitmədi. Çünki Karpovla niderlandlı Yan Timman arasında yeni görüş oldu. Karpov qalib gəldi və rəsmən çempion elan edildi. Mən də FIDE-nin rəhbərliyində təmsil olunuram. Biz hər hansı şantaja və ya ultimatuma getməyəcəyik".
FIDE rəsmisi Karlsenin tələb etdiyi formatın qeyri-adi olduğunu sözlərinə əlavə edib:
"Bu, onun öz yarışlarında tətbiq etdiyi formatdır. Bu, heç vaxt dünya şahmat tacı uğrunda qarşılaşmada istifadə edilməyib. Karlsen istəyir ki, mübarizə 3 hissədən ibarət olsun. Hər hissədə klassik, rapid və blits oynanılsın. Təsəvvür edin, futbol üzrə dünya çempionunu müəyyən etmək istəyirsiniz. Ancaq deyirsiniz ki, bunlar əvvəl böyük meydançada klassik futbol oynasınlar, sonra mini futbolda, ardınca isə çimərlik futbolunda bacarıqlarını göstərsinlər. Bu, düzgün deyil. Yəqin ki, bunu qəbul etməyəcəyik. Əlbəttə, biz də istəyirik ki, Maqnus Karlsen şahmat tacı uğrunda qarşılaşmadan imtina etməsin və yarışa qatılsın. O, çox ləyaqətli və güclü şahmatçıdır. Karlsen dünya şahmat tarixinin ən güclülərindən hesab edilir. Mübarizliyinə görə bəlkə də dünyanın ən güclüsüdür".
Məmmədov Karlsenin fikirlərində həqiqətin olmadığını da diqqətə çatdırıb:
"O, öz şahmat nəslindəki qrossmeysterlərin hamısına şahmat tacı uğrunda oyunda tam üstünlüklə qalib gəlməyib. Hazırkı dünya çempionudur və klassik, rapid, blits üzrə ən güclü şahmatçıdır. Ancaq Karlsen şahmat tacı uğrunda rusiyalı Sergey Karyakinlə heç-heçə etmişdi. Karyakin müəyyən vaxtda üstünlüyə də malik idi, oyunu öz xeyrinə dəyişə də bilərdi. Karlsen rəqibinə yalnız tay-breykdə qalib gələ bilmişdi. Sonra ABŞ şahmatçısı Fabiano Karuananı da tay-breykdə üstələyə bilmişdi. O, son olaraq Nepomnyaşi ilə qarşılaşmada böyük üstünlük əldə etmişdi. Bu isə matçın ikinci yarısında rusiyalı şahmatçı yorulandan sonra gerçəkləşmişdi. 6-cı partiyada çox gediş olmuşdu. Bu, dünya şahmat tacı uğrunda qarşılaşmalar üçün rekord göstərici idi. Partiyanın sonunda Karlsen qalib gəldi. Bundan sonra Nepomnyaşi istədiyi kimi çıxış edə bilmədi və onun oyunu alınmadı".
FIDE-nin vitse-prezidenti Maqnus Karlsenin şahmat tacı uğrunda görüşlərdə rəqiblərinə qarşı tam dominantlıq etmədiyini vurğulayıb: "Bundan əvvəl hindistanlı Vişvanatan Anandla olan analoji qarşılaşmada tam dominantlıq yox idi".
Məmmədovun sözlərinə görə, Karlsen görüşdən imtina etsə, FIDE-nin başqa yolu qalmayacaq. Belə olacağı təqdirdə, İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar Yan Nepomnyaşi və çinli Dinq Liren şahmat tacı uğrunda mübarizə aparacaqlar. Azərbaycan təmsilçisi Teymur Rəcəbov yarışı ikinci sırada başa vursaydı, onun da şahmat tacı uğrunda yarışmaq üçün şansı yaranardı".
Qeyd edək ki, dünya şahmat tacı uğrunda qarşılaşma 2023-cü ildə keçirilməlidir. Azərbaycan təmsilçisi Teymur Rəcəbov İddiaçılar turnirini 7,5 xalla üçüncü sırada başa vurub.