Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin artıb

© Sputnik / Murad OrujovBakıda ərəb turistləri, arxiv şəkli
Bakıda ərəb turistləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Xaricə gedən Azərbaycan vətəndaşlarının da sayı artıb - vətəndaşlarımız ən çox Türkiyəyə səfər ediblər.
BAKI, 19 iyul — Sputnik. Bu ilin 5 ayı ərzində Azərbaycana dünyanın 166 ölkəsindən 638,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Ən çox Rusiyadan Azərbaycana turistlər gəlib
Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 25,0 faizi Rusiya, 23,8 faizi Türkiyə, 13,0 faizi İran, 5,2 faizi Gürcüstan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 2,3 faizi Ukrayna, 1,8 faizi Qazaxıstan, hər birindən 1,3 faiz olmaqla Küveyt və Böyük Britaniya, 14,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 78,3 faizini kişilər, 21,7 faizini qadınlar təşkil edib.
Omandan, Səudiyyə Ərəbistanından gələnlərin sayı kəskin artıb
Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 751,9 dəfə, Səudiyyə Ərəbistanından - 252,7 dəfə, Küveytdən - 147,3 dəfə, Bəhreyndən - 57,4 dəfə, Pakistandan - 51,0 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən - 41,7 dəfə, Hindistandan - 32,1 dəfə, İsraildən - 9,9 dəfə, ABŞ-dan - 5,9 dəfə, Qazaxıstandan - 5,5 dəfə, Almaniyadan - 3,4 dəfə, Fransadan - 2,8 dəfə, Böyük Britaniyadan - 2,1 dəfə, Türkiyədən - 2,0 dəfə, İrandan - 1,9 dəfə, Ukraynadan - 1,9 dəfə, Rusiyadan - 1,6 dəfə, Gürcüstandan - 21,9 faiz artıb.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,2 dəfə artaraq 147,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,7 dəfə artaraq 33,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 205,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi hava, 41,7 faizi dəmir yolu və avtomobil, 1,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,3 dəfə artaraq 680,8 min nəfər olub.
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,2 dəfə, Türkiyəyə gedənlərin sayı 2,7 dəfə, Gürcüstana gedənlərin sayı 2,0 dəfə, Rusiyaya gedənlərin sayı isə 29,1 faiz artıb.
Azərbaycan vətəndaşları ən çox Türkiyəyə gediblər
Ölkə vətəndaşlarının 47,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiyaya, 13,3 faizi İrana, 8,1 faizi Gürcüstana, 15,3 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65,9 faizini kişilər, 34,1 faizini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 55,4 faizi hava, 42,0 faizi dəmir yolu və avtomobil, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Rusiya və Azərbaycan bayraqları - Sputnik Azərbaycan, 1920, 18.07.2022
RUSİYA
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi xeyli artıb - DGK
Xəbər lenti
0