https://sputnik.az/20220718/azerbaycanla-rusiya-arasinda-ticaret-dovriyyesi-xeyli-artib---dgk-444122261.html
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi xeyli artıb - DGK
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi xeyli artıb - DGK
Sputnik Azərbaycan
2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,99 milyard dollara çatıb. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T20:50+0400
2022-07-18T20:50+0400
2022-07-18T20:51+0400
rusiya
azərbaycan
rusiya
ticarət dövriyyəsi
artım
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 18 İYUL - Sputnik. Cari ilin birinci yarısında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,57 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 17,1% çoxdur. Bu barədə Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.Nazirliyin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 390,19 milyon dollar (keçən illə müqayisədə 6,8% az), Rusiyadan mal idxalı isə 1,18 milyard dollar (keçən illə müqayisədə 27,9% çox) təşkil edib.Komitənin məlumatına görə, ilin birinci yarısının yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub.Bu dövrdə Rusiya ilə ticarət əməliyyatlarının payı ümumi xarici ticarət dövriyyəsinin 6,33%-ni təşkil edib.Ötən ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artaraq 2,99 milyard dollara çatıb.Keçən il Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 faizini təşkil edib.
https://sputnik.az/20220717/belarus-ve-ran-set-e-uzv-oldu-novbe-azerbaycanindir--444076122.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, rusiya, ticarət dövriyyəsi, artım
azərbaycan, rusiya, ticarət dövriyyəsi, artım
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi xeyli artıb - DGK
20:50 18.07.2022 (Yenilənib: 20:51 18.07.2022) 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 2,99 milyard dollara çatıb.
BAKI, 18 İYUL - Sputnik. Cari ilin birinci yarısında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1,57 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 17,1% çoxdur. Bu barədə Report Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 390,19 milyon dollar (keçən illə müqayisədə 6,8% az), Rusiyadan mal idxalı isə 1,18 milyard dollar (keçən illə müqayisədə 27,9% çox) təşkil edib.
Komitənin məlumatına görə, ilin birinci yarısının yekunlarına görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub.
Bu dövrdə Rusiya ilə ticarət əməliyyatlarının payı ümumi xarici ticarət dövriyyəsinin 6,33%-ni təşkil edib.
Ötən ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artaraq 2,99 milyard dollara çatıb.
Keçən il Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 faizini təşkil edib.