https://sputnik.az/20220719/ceyhun-bayramov-nato-bas-katibi-ile-gorusub-444145974.html
Ceyhun Bayramov NATO Baş katibi ilə görüşüb
Ceyhun Bayramov NATO Baş katibi ilə görüşüb
Sputnik Azərbaycan
NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T14:40+0400
2022-07-19T14:40+0400
2022-07-19T14:57+0400
nato
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444145817_0:0:850:478_1920x0_80_0_0_3e0b6bd158c59c2d50f304c2c068810d.jpg
BAKI, 19 iyul — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.Görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub.Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan XİN rəhbəri Tbilisidə ermənistanlı həmkarı ilə görüş keçirmişdi.Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, xarici işlər nazirləri arasında ikitərəfli görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir.Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
https://sputnik.az/20220718/nato-ceyhun-bayramovla-yens-stoltenberqin-gorus-vaxtini-aciqlayib-444095012.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444145817_74:0:781:530_1920x0_80_0_0_09927a08b72b2039a300718efbd8c79c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
nato, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov
Ceyhun Bayramov NATO Baş katibi ilə görüşüb
14:40 19.07.2022 (Yenilənib: 14:57 19.07.2022) NATO-nun mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub.
BAKI, 19 iyul — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Görüş Azərbaycan XİN başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş qərargahında baş tutub.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan XİN rəhbəri Tbilisidə ermənistanlı həmkarı ilə görüş keçirmişdi.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, xarici işlər nazirləri arasında ikitərəfli görüşdə nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir.
Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.